Ermənistan Zəngəzur dəhlizindən imtina etməklə çox şey itirir, həmçinin özünü Azərbaycanla bütün kommunikasiyaların açılmasından məhrum edir. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.
Əliyev çərşənbə günü Bakıda “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanıbildirib ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən marşrut deyil, həm də onun vasitəsilə nəqliyyat dəhlizinin bir hissəsi kimi Çindən, Mərkəzi Asiyadan da yük daşına bilər.
Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu genişləndikdən sonra beləonun vasitəsilə beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində bütün yük daşımalarını həyata keçirmək mümkün olmayacaq. Bununla yanaşı, o qeyd edib ki, yük daşımalarının həcmini ildə 5 milyon tona çatdıracaq BTQ-nin modernləşdirilməsi layihəsi bir neçə aydan sonra başa çatacaq.
Əliyev vurğulayıb ki, Cənubi marşrut ilə (İran ərazisindən - İF) yük daşımalarının həcmi əvvəlcə ildə ən azı 5-7 milyon ton təşkil edəcək.
Azərbaycanın dövlətinin başçısı qeyd edib ki, İrəvanın bu məsələ ilə bağlı mənfi mövqeyini nəzərə alaraq Bakı və Tehran marşrutun İran ərazisindən keçməklə çəkilməsi barədə razılığa gəliblər. «Ermənistan özünü həm bundan (Zəngəzur dəhlizinin üstünlüklərindən istifadə etmək imkanı - İF), həm də Azərbaycanla bütün kommunikasiyaların açılması imkanlarından məhrum etdi», - Əliyev bildirib.
O, qeyd edib ki, Bakının Zəngəzur dəhlizini «silah qücü» ilə açmaq planlarının olmaması barədə «danışmaqdan artıq yorulub».
Azərbaycan prezidenti əlavə edib ki, Ermənistanın öz hesabına və ya Avropa fondlarının yardımı ilə Bakının iddia etmədiyi və Ermənistanın suveren hissəsi hesab etdiyi ərazi ilə dəmir yolu çəkmək variantı var.
Əliyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Zəngəzur dəhlizi məsələsini müzakirə edərkən qeyd edib ki, bu, «Azərbaycandan Azərbaycana gedən yoldur», burada gömrük haqqı tutula bilməz, yoxlamalar aparıla bilməz, əgər yüklər başqa istiqamətdə gedərsə, o zaman gömrük rüsumunun tutulması mümkündür.
Əliyev əlavə edib ki, əvvəl Brüsseldə Kalininqrada dəmir yolu marşrutu təcrübəsinə əsaslanan variant müzakirə olunub, «lakin Ermənistanda bunu da istəmir», «şikayət etməyə başlayıb» və bunun ardınca ABŞ-dan bəyanat gəldi. "Biz sual edirik: bu nə deməkdir? Çünki biz bunu Ermənistana 3 ildir deyirik. Əgər onun (marşrutun - İF) Ermənistan ərazisindən keçməsini istəyirsinizsə, bu barədə erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz? Yəni, onlar deyirlər ki, biz buna icazə verməyəcəyik. Bu necə ola bilər? Bu cür məsuliyyətsiz bəyanatlar heç bir tərəfə fayda gətirmir", - Azərbaycan prezidenti deyib. **
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət