Bakıda 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkələrimiz arasında “mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri və bu əlaqələrin uğurla davam etdirildiyi” vurğulanıb.Keçirilən birgə təlimlər və qarşılıqlı icra olunan fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub”, - nazirliyin məlumatında deyilir.
Bildrilir ki, görüşdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı müdafiə naziri adından ordu generalı İrfan Özsertə təqdim olunub. Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində həmsədrlər rəhbərlik etdikləri nümayəndə heyəti ilə birgə Hərbi Dialoq İclasına başlayıblar.
MN-dən əlavə ediblər ki, 15-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 8-dək davam edəcək. **
İnformasiya şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət