Azərbaycan 2023-cü ilin yanvar-oktyabr aylarında 69 min 430,84 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 24,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $66 milyon 260,32 min (azalma 30,1%) təşkil edib.
İdxalın əsas həcmi - $35 milyon 595,47 min dəyərində (azalma 47,9%) 38 min 153,14 ton (azalma 42%) Rusiyanın payına düşüb.
Bundan başqa, hesabat dövründə Belarusdan 20 min 256 ton ($19 milyon 139,42 min dəyərində), Rumıniyadan 5 min 555,44 ton ($5 milyon 706,66 min dəyərində), Yunanıstandan 2 min 861,95 ton ($3 milyon 119,52 min dəyərində), Gürcüstandan 2 min 219,71 ton ($2 milyon 415,29 min dəyərində) və BƏƏ-dən 384,6 ton benzin ($282,68 min dəyərində) idxal edilib.
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana $2 milyon 125,15 min dəyərində (artım 28,2%) 1 min 765,56 ton “Super Euro-98” markalı benzin (artım 30,3%) idxal edilib. Hesabat dövründə Rumıniyadan 814,1 ton ($995,19 min dəyərində), Rusiyadan 357,1 ton ($402,56 min dəyərində), Belarusdan 593,8 ton ($725,68 min dəyərində) benzin idxal edilib.
Azərbaycan 2022-ci ildə $102 milyon 540,18 min dəyərində (azalma 7,7%) 99 min 490,98 ton “Premium Euro-95” markalı avtomobil benzini (azalma 32,5%) idxal edib. İdxalın 73,4%-i Rusiyanın payına düşüb.
2022-ci ildə Azərbaycana $2 milyon 52,49 min dəyərində (azalma 14,3%) 1 min 670,95 ton (azalma 37,8%) “Super Euro-98” markalı avtomobil benzini idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət