Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən hüquqi şəxslər üçün kapitalın minimum həddi ilə bağlı tələbləri təsdiq edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, AMB-nin 2023-cü il dekabrın 11-də təsdiqlənmiş tələblərinə əsasən, nizamnamə kapitalının minimum həddi valyuta mübadiləsi məntəqəsinin fəaliyyət göstərdiyi bölgədən (zonadan) asılı olacaq. Azərbaycanın bütün ərazisi 4 zonaya bölünüb. Birinci bölgəyə Bakı şəhəri, ikinci bölgəyə Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri, üçüncü bölgəyə digər ərazilər, o cümlədən Naxçıvan Muxtar Respublikası, dördüncü bölgəyə isə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş əraziləri daxildir.
AMB-nin tələblərinə əsasən, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən hüquqi şəxslər üçün nizamnamə kapitalının minimum həddi I bölgədə 600 min manat, hər əlavə obyektə görə 300 min manat, II bölgədə 450 min manat, hər əlavə obyektə görə 150 min manat, III bölgədə 375 min manat, hər əlavə obyektə görə 75 min manat, IV bölgədə 300 min manatdır.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxslər 6 ay ərzində minimum nizamnamə kapitalını Mərkəzi Bankın yeni tələblərinə uyğun olaraq formalaşdırmalıdır.
AMB-nin şərtlərinə görə, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi məntəqəsində nağd xarici valyutanın bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.
Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən bir fiziki şəxslə aparılan valyuta mübadiləsi əməliyyatının gündəlik həddi 20000 manat və ona ekvivalent məbləğdən artıq olmamalıdır.
Bundan başqa, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramlarına dair qanunla müəyyən edilmiş minimum tələblərdən əlavə olaraq, müvafiq daxili qayda və prosedurlarında təqvim ili ərzində 20 min manat və ona ekvivalent məbləğdən artıq məbləğdə əməliyyat aparan fiziki şəxslərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsinə dair tələblərə və bu tələblərə riayət edilməsinə dair daxili nəzarət mexanizmlərinə malik olmalıdır.
AMB-nin məlumatına görə, hazırda 5 hüquqi şəxs: “Eliko” MMC, “Delta Capital” MMC, “Zuhur” MMC, “Bakı Mərkəzi Valyuta” MMC və “META-Kapital” MMC valyuta mübadiləsi fəaliyyətinə lisenziyaya malikdir. Bu hüquqi şəxslərin hər birinin Bakı şəhərində bir valyuta mübadilə məntəqəsi fəaliyyət göstərir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət