2024-cü ildən etibarən Azərbaycanda fiziki şəxslərin milli valyutada bank depozitləri üzrə gəlirlərinin vergiyə cəlb olunmasında bir sıra üzəştlər tətbiq olunacaq.
“İnterfaks-Azərbaycan”a Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib ki, yerli bank və xarici bankın Azərbaycandakı filialı tərəfindən fiziki şəxslərin hər bir milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi üç il müddətinə vergidən azad edilir.
Bundan başqa, hər bir bankda milli valyutada olan əmanətlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsi fiziki şəxslərin gəlir vergisindən azad edilir.
Xəbər verildiyi kimi, 7 il müddətində yerli bankın və xarici bankın Azərbaycanda fəaliyyət göstərən filialının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri gəlir vergisindən azadolma müddəti 2023-cü ildə başa çatıb. Bununla əlaqədar, 2023-cü il fevralın 1-dən b banklar əmanətlər üzrə faiz gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutur.
DVX-dən qeyd olunub ki, bu güzəştlər 2024-cü ildən etibarən tətbiq olunacaq və 2023-cü ilin dekabr ayında Azərbaycan parlamenti tərəfindən qəbul olunmuş Vergi Məcəlləsində dəyişikliklərdə nəzərdə tutulur. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət