Bakı Aİ ilə strateji tərəfdaşlıq sazişi üzrə danışıqların başa çatdırılmasında maraqlıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
"Məqsədimiz sənədin qalan hissəsini razılaşdırmaqdır. Sənədin böyük hissəsi razılaşdırılıb, ticarət-iqtisadi münasibətlərlə bağlı bəzi məsələlər açıq qalır", - Bayramov cümə axşamı 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakının Aİ ilə münasibətlərdə, o cümlədən «Şərq tərəfdaşlığı» formatında mövqeyi həmişə ardıcıl olub.
"Planlarımız, ambisiyalarımız və gözləntilərimiz hər zaman qarşılıqlı və bərabər hüquqlu inkişafa yönəli. Biz heç vaxt nə olursa olsun müqavilə bağlamağı məqsəd qoymadıq. Buna görə də Aİ ilə danışıqlar Azərbaycanın maraqlarına tam cavab verənə qədər aparılacaq. Azərbaycanın legitim gözləntiləri var", - o qeyd edib.
Sənəd 4 bölmədən ibarətdir. Hazırda iqtisadi-ticarət hissəsi üzrə bəzi məsələlər açıq qalır. Daha əvvəl verilən məlumata görə, yeni saziş layihəsinin mətninin 90%-dən çox hissəsi razılaşdırılıb.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla hərtərəfli saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib. Yeni saziş Tərəfdaşlıq və əməkdaşlıq haqqında 1996-cı il tarixli sazişi əvəz edəcək.
Azərbaycanla yeni saziş üzrə danışıqlar 2017-ci il fevralın 7-də başlayıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət