Azərbaycan hökuməti 2024-cü ildə ölkədə qaz hasilatını 49 milyard 63,6 milyon kubmetr həcmində proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdəki mənbə məlumat verib.
2023-cü il ərzində ölkədə qaz hasilatı üzrə faktiki məlumatlar hələlik dərc olunmayıb. Lakin, ötən ilin oktyabr ayında energetika naziri Pərviz Şahbazov məlumat verib ki, 2023-cü ildə Azərbaycanda qaz hasilatı 48,7 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır.
Beləliklə, 2024-cü ildə qaz hasilatının artımı 2023-cü illə müqayisədə 0,7% təşkil edə bilər.
«2024-cü il üçün Azərbaycanda əmtəə qazının hasilatı 36 milyard 779,6 milyon kubmetr həcmində proqnozlaşdırılır», - mənbə qeyd edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin 11 ayı ərzində Azərbaycanda 44 milyard 221,1 milyon kubetr (artım 4,1%) qaz hasil olunub. Həmçinin, əmtəə qazının hasilatı 33 milyard 146,8 milyon kubmetr (artım 4,3%) təşkil edib.
2022-ci ildə Azərbaycanda 46 milyard 743,3 milyon kubmetr qaz (artım 6,6%) hasil edilib. Əmtəəlik qaz hasilatı 34 milyard 958,3 milyon kubmetr (artım 7,3%) təşkil edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət