Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirib.
“İnterfaks-Azərbaycan” nazirliyə istinadən xəbər verir ki, səfər çərçivəsində azərbaycanlı nümayəndələr Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüblər.
Görüşlərdə tərəflər ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib.
“Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrinin müxtəlif komandanlıqlarını və əməliyyat mərkəzlərini, eləcə də hərbi sənayə şirkətlərini ziyarət edib, burada qərargah fəaliyyətləri, silah-texnika və hərbi təyinatlı vasitələrlə tanış olub”, - məlumatda qeyd edilir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət