İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2021-2023-cü illərdə kommersiya (standart) şərtləri ilə ipoteka krdeitlərinin maliyyələşdirilməsi məqsədilə daxili bazarda istiqrazların yerləşdirilməsindən 1 milyard 180 milyon manat cəlb edib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Fondun materillarına əsasən, 2021-2023-cü illərdə İKZF-yə dövlət büdcəsindən güzəştli (sosial) ipotekanın maliyyələşdirilməsinə 253,7 milyon maat ayrılıb.
Ümumilikdə, indiyədək Fond ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün təxminən 2,9 milyard manat ayırıb, bu kreditləri 48 mindən çox ailə əldə edə bilib. «Mərkəzi Bankın məlumatına görə, 30 dekabr 2023-cü il tarixinə banklar tərəfindən daşınmaz əmlakla (ipoteka daxil olmaqla) əməliyyatların maliyyələşdirilməsi üçün 3 milyard 630,8 milyon manat, bunun 2 milyard 877,7 milyon manatı və ya 79%-i İKZF-nin xətti ilə yönəldilib», - materiallarda vurğulanır.
29 yanvar 2024-cü il tarixinə İKZF-nin aktivləri 3 milyard 119,7 milyon manat, öhdəliklər - 1 milyard 999,8 milyon manat, nizamnamə kapitalı - 980,7 milyon manat həcmində qiymətləndirilir.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət