2024-cü ilin yanvar ayında Azərbaycanda 82,1 milyon manat ($48,3 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 34,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 251,6 min ton sement (artım 23,2%), 2,7 min kubmetr betondan yığma tikinti konstruksiyaları (artım 35%), 1,5 min ton asfalt (azalma 46,4%), 40,6 min kubmetr tikinti kərpici (azalma 1,7%) və 828,7 min kvadratmetr tikinti şüşəsi (artım 11,3 dəfə) istehsal edilib.
Bundan başqa, 345,8 min ton sement klinkeri (azalma 1,8%), 4,6 min ton tikinti gipsi (artım 24,3%), 338,3 milyon ton hazır beton qarışığı (artım 21,8%) və 2 min ton tikinti əhəngi (azalma 57,4%) istehsal edilib.
2023-cü ildə Azərbaycanda 1 milyard 180,3 milyon manat məbləğində (cari məzənnə ilə $694,3 milyon) tikinti materialları istehsal edilib ki, bu da 2022-ci illə müqayisədə 31,8% çoxdur.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət