Martın 5-də Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev Astanada Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranziti və Mərkəzi Asiyadan “yaşıl enerji”nin Azərbaycan vasitəsilə Avropaya ixracı üçün “yaşıl enerji” dəhlizinin yaradılması məsələlərini müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentliyi Energetika Nazirliyinə istinadla xəbər verir ki, əvvəlcə nazirlər ikitərəfli görüş keçiriblər, daha sonra Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak ediblər.
“İkitərəfli görüşdə ixrac-idxal malları nomenklaturunun genişləndirilməsi, enerji, investisiya, nəqliyyat-logistika sahələri üzrə prioritet əhəmiyyətli layihələrin inkişafına dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilib.
Komissiyanın iclasında əməkdaşlıq gündəliyi, hədəflər,ticari-iqtisadi, enerji, nəqliyyat, logistika, sənaye, tikinti, kənd təsərrüfatı,səhiyyə, qida təhlükəsizliyi, kosmik fəaliyyət, rəqəmsallaşma, informasiya texnologiyaları, elm və təhsil, mədəniyyət, gənclər siyasəti, turizm, idman, ekologiya və ətraf mühit sahələrində görülən işlər və perspektivlər nəzərdən keçirilib.
P.Şahbazov qeyd edib ki, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranziti, Orta Dəhlizin imkanlarından səmərəli istifadə etmək üçün ölkələrin səyləri, Xəzərin dibi ilə optik-lifli rabitə xətti çəkilməsi üzrə fəal iş, həmçinin Mərkəzi Asiyadan “yaşıl enerji”nin Azərbaycan vasitəsilə Avropaya ixracı üçün “yaşıl enerji” dəhlizinin yaradılması ilə bağlı əməkdaşlıq göstərir ki, hər iki ölkə çoxistiqamətli əlaqələri genişləndirmək əzmindədir.
M.Karabayev isə deyib ki, 2023-cü ildə Qazaxıstanla Azərbaycan arasında yükdaşımaların həcmi 1,5 dəfə artaraq 4,3 milyon ton təşkil edib. Orta Dəhliz üzrə həcm 65% artaraq 2,8 milyon tona çatıb. 2023-cü ildə ticarət dövriyyəsinin həcmi $314 milyon təşkil edib. İndiyə kimi Azərbaycan Qazaxıstana $211,4 milyon, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına $114 milyon investisiya yatırıb.
“Yaxın vaxtlarda növbəti iclası keçiriləcək Azərbaycan-Qazaxıstan İşgüzar Şurası çərçivəsində sıx əməkdaşlığın, həmçininticari-iqtisadi əməkdaşlığın stimullaşdırılması tədbirlərinin, Qazaxıstan şirkətlərinin Ələt Azad İqtisadi Zonasına (AFEZ) cəlb edilməsi, habelə AFEZ ilə Qazaxıstanın azad iqtisadi zonaları arasında qarşılıqlı əməkdaşlığın qurulmasının bu göstəricilərin artırılmasına töhfə verəcəyi qeyd olunub”, - deyə məlumatda qeyd olunub.
İclasda Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması, sənaye və texnologiya parklarında birgə istehsalın təşkili, Ələt limanında taxıl terminalının inşası, gəmiqayırma sektorunda əməkdaşlıq üzrə məsələlər, qazax şirkətlərinin azad edilmiş ərazilərdə layihələrdə iştirak imkanları nəzərdən keçirilib.Füzulidə 600 şagird yerlik “Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi”nin inşası, həmçinin xəstəxananın tikintisinin planlaşdırılması yüksək qiymətləndirilib.
Bundan başqa neft-qaz sektorundaəməkdaşlığın genişləndirilməsi, birgə layihələrdə iştirak imkanları, müxtəlif marşrutlarla Qazaxıstan neftinin tranzit həcmlərinin,Orta Dəhliz vasitəsilə yüklərinin daşınmasının artırılması məsələrinə baxılıb. Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Azərbaycan və Qazaxıstanı birləşdirən Xəzər sualtı optik xəttin tikintisinin yekunlaşdırılması, “Mərkəzi-Asiya-Avropa” marşrutu üzrə elektrik enerjisinin ötürülməsi layihəsinin texniki-iqtisadi əsaslandırılması prosesinə başlamaq üçün texniki tapşırıq sənədinin tezliklə hazırlanması, sadalanan bütün istiqamətlər üzrə müvafiq addımların atılması razılaşdırılıb.Bərpa olunan enerji və enerji səmərəliliyi kimi sahələrdə Qazaxıstan şirkətləri ilə əməkdaşlıq niyyətləri ifadə olunub.
Sonda Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 20-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 21-ci iclasının gələn il Bakıda keçirilməsi razılaşdırılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət