2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 35 milyon 189,6 min ton yük daşınıb ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisindən 4,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının strukturunda 75,6% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 24,4% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% artıb.
Hesabat dövründə dəmir yolu ilə 2 milyon 977,8 min ton yük (tranzit yüklər daxil olmaqla) daşınıb ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisindən 2,7% çoxdur.
Dəniz nəqliyyatı ilə 1 milyon 273,9 min ton (artım 15,9%), avtomobil nəqliyyatı ilə 19 milyon 279,5 min ton (artım 6,9%), hava nəqliyyatı ilə 63,1 min ton (artım 22,5%) müxtəlif növ yük daşınıb.
Hesabat dövründə magistral neft kəmərləri vasitəsilə 6 milyon 307,7 min ton neft (artım 4,3%) nəql olunub. Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət