Rəsmi Bakı Ermənistanda revanşizmin baş qaldırmasına yol verilməməsi üçün beynəlxalq ictimaiyyəti İrəvana təzyiq göstərməyə çağırıb. Bu barədə “İnterfaks-Azərbaycan” Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
“Tarixdən dərs çıxarılması, bu kimi qanlı hadisələrin bir daha baş verməsinin qarşısının alınması, cinayətkarların cəzasızlığına son qoyulması hazırkı postmünaqişə dövründə bölgədə sülh üçün yaranmış imkanların dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu istiqamətdə, Ermənistanda yenidən revanşizmin baş qaldırmasına yol verilməməsi bu ölkənin rəhbərliyi ilə yanaşı, beynəlxalq ictimaiyyətdən əhəmiyyətli dərəcədə asılıdır”, - Azərbaycan Xarici İşlər Nazirliyinin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüilə bağlı bəyanatında deyilir.
Nazirlikdən qeyd olunub ki, tarix boyu azərbaycanlıların doğma torpaqlarından etnik təmizlənməsinin həyata keçirilməsi istiqamətində mövcud bütün üsullardan istifadə edən radikal ermənilər 1918-ci ilin mart-aprel aylarında həmvətənlərimizə qarşı amansız qırğınlar törədiblər.
“Bakı,Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran,habelə digər bölgələrdə yaşayan on minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, bir çox yaşayış məntəqələri, dini-mədəni abidələr dağıdılıb. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd məhv edilib”, - XİN-dən vurğulanır.
Həmçinin, Bakıda bildiriblər ki, mülki əhaliyə qarşı törədilmiş kütləvi qırğınlar, qətliam qurbanlarının Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlığı, Qafqazın Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın sözügedən qətliamlarda Bakı Sovetinin 6000 və “Daşnaksutyun” partiyasının 4000 silahlı əsgərinin iştirakına dair etirafı, yerlə-yeksan edilmiş yaşayış məntəqələri və mədəniyyət abidələri qırğınların əsl mahiyyətini üzə çıxarıb.
XİN-də qeyd ediblər ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra (1918-1920-ci illər - İF) mart hadisələrinin tədqiq edilməsi, habelə cinayətkarların məsuliyyətə cəlb olunması üçün Fövqəladə İstintaq Komissiyası yaradılıb, Komissiyanın müəyyən etdiyi dəlillər əsasında törədilən cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açılıb, Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olunub
“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü radikal erməni qruplaşmalarının irqi ayrı-seçkilik və dözümsüzlüyünün qurbanı olmuş, sistematik etnik təmizləmə və soyqırımına məruz qalmış günahsız həmvətənlərimizin xatirəsinin yad edildiyi gündür”, - XİN-dən qeyd olunub. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət