Azərbaycan Avropa İttifaqı (Aİ) ilə nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsində və bu istiqamətdə əməkdaşlığı enerji sahəsindəki əməkdaşlıq səviyyəsinə çatdırmaqda maraqlıdır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Bu ilin martında Brüsseldə Avropa İttifaqı ilə keçiriləcək görüşlərdə Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı ilə 2017-ci ildə Bakıda keçirilmiş görüşün nəticəsi olaraq müzakirələr davam etdiriləcək, Avropa İttifaqına üzv ölkələrin investisiyalarının Azərbaycana cəlb edilməsi və Azərbaycan məhsullarının güzəştli şərtlərlə Avropa bazarlarına daxil olması, nəqliyyat və yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək, beynəlxalq nəqliyyat layihələri təşviq olunacaq”, - deyə iqtisadiyyat naziri Şahin Mustafayev Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.
Nazir əlavə edib ki, Avropa İttifaqı ölkələri tərəfindən 2012-ci ildən Azərbaycana təqribən 15 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb. Azərbaycanda Avropa İttifaqı ölkələrinin 1400-dən çox şirkəti fəaliyyət göstərir.
Onun sözlərinə görə, 2018-ci il fevralın əvvəlində Azərbaycan nümayəndə heyəti Çinə səfər edəcək və səfər zamanı ölkəmizin tranzit imkanlarına dair təqdimat keçiriləcək.
H.Hololey Azərbaycanın Aİ ilə enerji sektoru ilə yanaşı, nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini və bu sahədə təqdimatların keçirilməsinin Azərbaycanın tranzit potensialının təşviqi, əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət