Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən görüş Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tərəflərin mövqelərindətəmas nöqtələrinin meydana gəldiyini nümayiş etdirdi.
“Vyana görüşü təmas nöqtələrinin meydana gəldiyini nümayiş etdirdi. Təbii ki, bunun tez başa gələcəyini heç kəs gözləmir”, - E.Məmmədyarov “Moskva-Bakı” internet portalına müsahibəsində bildirib.
Lakin, onun sözlərinə görə, bunun ardınca Ermənistan müdafiə naziri Tonoyanın Azərbaycanın yeni ərazilərinin işğalına dair acıqlı bəyanatı səsləndir. Ermənistan müdafiə naziri yeni müharibə, yeni torpaqların işğalına dair acıqlı bəyanat verir. Bu bayanat, əlbəttə ki, daxili auditoriyaya hesablanıb”, - E.Məmmədyarov bildirib.
Onun sözləri görə, 30 ildən artıq dövrdə davam edən Ermənistan-Azərbaycan münaqişəsi İrəvanı çox geriyə salıb.
“Hər zaman erməni dostlarımıza sual ünvanlayıram. Budur, münaqişə 30 ildir davam edir, zəhmət olmasa mənə deyin, Erməni əhalisi bundan nə əldə edib. Bu gün həmin ölkənin 40%-dən çoxu yolxsldur, bundan əlavə, omların heç bir perspektivi yoxdur – demoqrafik vəziyyət acınacaqlıdır və ağıllı insanlar ölkəni tərk edirlər. Və bütün bu vəziyyət çıxış yolunun tapılmasını labüd edir. Burada çox sadəfəlsəfə var, Azərbaycan bunu dəfələrlə vurğulayıb: sən ərazini zəbt edərək Aya qaça bilməzsən, istənilən halda normal mehriban qonşuluq münasibətlərinə nail olmalısan”, - nazir bildirib.
Eyni zamanda, E.Məmmədyarov qeyd edib ki, Azərbaycan ərazilərinin 20%-nin işğal olunması faktına baxmayaraq, Bakı mühüm iqtisadi artıma nail olub, “dəmir, avtomobil yolları tikib, neft satırıq, neft kəməri, Cənub Qaz Dəhlizi inşa edirik”. “Azərbaycanın regionda lider iqtisadiyyata malik olduğunu isbat edən daha çox sayda misallar çəkə bilərəm”, - nazir vurğulayıb.
XİN başçısı qeyd edib ki, bu yaxınlarda Brüsselə səfəri zamanı “Aİ ilə həddən çox sayda ümumi layihələri müzakirəvə praktiki olaraq onları CQD layihəsi çərçivəsində təsdiq etdik”.
“Azərbaycan qazı nəinki İtaliya, həım də Balkan yarımadasına nəql olunacaq. Biz Çini Avropa, Cənubu Qərb iləbirləşdirmək məqsədilə nəqliyyat məsələlərini müzakirə etmişik. Buna əsaslanaraq, torpaqlarımızın işğalından nə əldə etdiklərini Ermənistanda özlərinə sual vermələri vacibdir. 30 il ərzində onlar özlərini geriyə salıblar”, - nazir bəyan edib.
O, erməni lobbisinin Ermənistana real dəstək göstərməyə, İrəvana iqtisadi böhrandan çıxmağa yardım etməyə qadir olması fikrinin əsassız olduğunu qeyd etdi.
“Ermənistanda vaxtaşırı deyirlər: diaspora bizə kömək edəcək. Uşaqlar, sual olunur, həyat oldaşı və oğulları ilə birlikdə ABŞ vətəndaşlığından imtina və 1990-cı illəırdə Ermənistana köçən Vardan Oskanyandan (1998-2008-ci illərdə Ermənistan XİN başçısı) başqa, həmin o diaspordan Ermənistanda məskən salan varmı. Onlardan başqa diasporadan kimsə bunu heç kim etmıyib. Onlardan kim pul verib? Demək, etimad yoxdur. Düşünürəm ki, vəziyətin təhlili zamanı bunu anlamaq lazımdır. Paşinyan “iqtisadi inqlab” elan edir. Dörd qonşu ölkədən ikisi ilə sərhədlərin bağlı olduğu halda hansı “iqtisadi inqlab”dan söhbət gedə bilər?!”, - E.Məmmədyarov vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanın hazırki rəhbərliyi öz əhalisni qonşularla sülhün zəruriliyinə inandırmalıdır. “İndi top ermənilərin meydançasındadır – onlar öz əhalisini sülhün zəruriliyinə inandırmalıdır. Bəzən onlar deyirlər, bilirsiniz, Qarabağ camaatı çox çətin insanlardır... Uşaqlar, bu bizim deyil, sizin probleminizdir. Siz insanlara izah etməlisiniz ki, Azərbaycanla münasibət qurmadan Ermənistanın gələcəyi yoxdur”, - E.Məmmədyarov deyib.
XİN başçısı bildirib ki, iki dövlətin xalqları arasında qarşılıqlı əlaqə formalarının axtarılması zəruridir. “Onlar nə qədər çox ünsiyyətdə olsalar, bir o qədər yaxşıdır. İkinci variant müharibədir. Bu lazımdır? Müharibə sadəcə olaraq bütün regionu geriyə atacaq”, - E.Məmmədyarov vurğulayıb. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət