“SOCAR Turkiye Enerji” şirkəti 2020-ci ilin sonunda Türkiyədə yeni neft-kimya kompleksinin tikintisinə başlamağı planlaşdırır. Bu barədə şirkətin layihələr üzrə meneceri Emil Alxaslı məlumat verib.
““Merkuri” adlı layihə çərçivəsində 2020-ci ilin sonunda Türkiyədə yeni neft-kimya kompleksinin tikintisi üzrə EPC-podratçının (Engineering, procurement and construction) seçilməsi prosesi başa çatacaq və tikinti işlərinə start veriləcək. Müəssisənin 2023-cü ilin sonunadək istismara verilməsi planlaşdırılır", - deyə E.Alxaslı bu gün Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda bildirib.
O qeyd edib ki, 2019-cu ilin may ayında kompleksin layihələndirilməsi üzrə işlərə (FEED) başlanılacaq və 2020-ci ilin II rübünədək davam edəcək.
"Kompleksdə tikinti işlərinin dəqiq dəyəri cari ilin sonunadək məlum olacaq", - deyə menecer vurğulayıb.
Daha əvvəl “SOCAR Turkiye Enerji” şirkətinin rəhbəri Zaur Qəhrəmanova istinadən verilən məlumata görə, Türkiyədə yeni neft-kimya kompleksinin tikintisi $1,8 mlrd. dəyərində qiymətləndirilir. O qeyd edib ki, kompleksin 2022-ci ilin sonunda istismara verilməsi nəzərdə tutulur.
Layihənin həyata keçirilməsi üçün Britaniyanın BP şirkəti ilə paritet əsaslarla birgə müəssisənin yaradılması planlaşdırır. Layihə üzrə yekun investisiya qərarı 2019-cu ilin sonunadək qəbul olunacaq.
Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. “Star” neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyasının tikintisini həyata keçirən şirkət, həmçinin daxili bazara qaz tədarük edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət