2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi istehsalının həcmi 19,6 mln. kVt/saat təşkil edib, bu da ötən ilin analoji dövrünü göstəricisindən 4,9% çoxdur. Bu barədə energetika naziri Pərviz Şahbazov qeyd edir.
“Cari ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artaraq 19,6 mln. kVt/saat olub”, - Şahbazov “Respublika” qəzetində dərc olunan məqalədə bildirir.
O vurğulayıb ki, 2019-cu ildə elektrik enerjisi istehsalında artım 3,6% təşkil edəcək.
Nazir əlavə edib ki, 2020-2021-ci illərdə elektrik enerjisi istehsalında artım illik 8-10% səviyyəsində proqnozlaşdırılır.
Eyni zamanda, o qeyd edib ki, son on ildə Azərbaycanda elektrik enerjisi istehsalı 18% artıb.
Şahvbazov vurğulayıb ki, 2019-cu ilin 9 ayı ərzində elektrik enerjisinin istehlakı 16,3 mln. kVt/saat təşkil edib (artım 3,7%). “Bu dinamikanın qarşıdakı illərdə də davam edəcəyi halda 2025-ci ildə elektrik enerjisinə tələbatın 25-28 mln. kVt/saat olacağını proqnozlaşdırmaq mümkündür”, - nazir qeyd edib.
O bildirib ki, elektrik enerjisinin istehsalında artım ixracın artımına müsbət təsir edib. “2019-cu ilin 9 ayı ərzində Azərbaycan 1,1 mlrd. mlrd. kVt/saat ixrac edib, ixrac göstəricisi ötən ilin yanvar-sentaybr ayları ilə müqayisədə 42% çox olub. Gürcüstana 859 mln. kVt/saat, Rusiyaya – 120,7 mln. kVt/saat, Türkiyəyə - 56,5 mln. kVt/saat, İrana – 28,7 mln. kVt/saat elektrik enerjisi ixrac edilib”, - nazir vurğulayıb.
Şahbazov əlavə edib ki, 9 ay ərzində elektrik enerjisinin idxalı 111,5 mln. kVt/saat təşkil edib. İdxalın həcmi Rusiyadan 74,8 mln. kVt/saat, İrandan 27,4 mln. kVt/saat,, Gürcüstandan – 9,3 mln. kVt/saat olub.
Nazir bəyan edib ki, son 10 il ərzində Azərbaycanda 1973,5 MVt gücündə 19 yeni elektrik stansiyası istismara verilib. Ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının ümumi sayı 60-a çatıb.
Azərbaycanın enerji sisteminin ümumi gücü 7546 MVt-dır.
Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 25 mlrd. 256,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin göstəricisindən 13,7% çoxdur.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət