Rəsmi Bakı Rusiya tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
“Azərbaycan Rusiya tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti arasında bölgəmizə birbaşa həmsərhəd olan, onunla çoxillik tarixi əlaqələrə malik yeganə ölkədir. Bu, Rusiyanın Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və sülhün möhkəmləndirilməsində birbaşa marağını izah edir”, - deyə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin noyabrın 17-də Ermənistan-Azərbaycan münaqişəsinə dair müsahibəsi ilə əlaqədar Azərbaycan XİN-in şərhində bildirilir.
XİN qeyd edir ki, Rusiya prezidenti Ermənistan tərəfinin cari ilin 9 noyabr tarixli razılaşmanın şərtlərini yerinə yetirməkdən ehtimal olunan imtinasını “böyük səhv” və hətta “intihar” kimi xarakterizə edib. Bu qiymətləndirməyə tamamilə şərik oluruq. Prezident Vladimir Putin müdrikcəsinə qeyd etdiyi kimi, Rusiyanın fəal dəstəyi ilə əldə olunan üçtərəfli bəyanat münasibətlərinin uzun müddətə normallaşdırılması üçün yaxşı zəmin yaradır. Rusiya prezidentinin şəxsi rolu, bu il 9 noyabr tarixli üçtərəfli bəyanatın altındakı imzası onun sülh prosesinə son dərəcə əhəmiyyətli töhfəsini və bu prosesin geriyə dönməzliyinə zəmanətdir.
“Rusiya prezidentinin üçtərəfli bəyanatın mühüm bir nailiyyəti kimi qan tökülməsinin dayandırılması olduğuna dair qiymətləndirməsini tamamilə bölüşürük. Azərbaycan tərəfi müharibənin ilk dəqiqələrindən bəri beynəlxalq birliyin atəşkəs çağırışlarını həmişə və tamamilə dəstəkləyib”, - deyə açıqlamada vurğulanır.
XİN bildirir ki, Putinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Qarabağın dağlıq hissəsinin, həm də onun ətrafındakı bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözləri xüsusi əhəmiyyət kəsb edir.
“Rusiya prezidentinin müsahibəsində ölkəmizin işğal edilmiş ərazilərinin Ermənistanın nəzarəti altında olması barədə açıqlaması son dərəcə mühüm xarakter daşıyır. Bu açıqlama erməni tərəfinin dünya ictimaiyyətini aldatmaqla Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın yaratdığı qanunsuz rejimi ön plana gətirmək cəhdlərinin tamamilə uğursuz olduğunu təsdiqləyir”, - deyə açıqlamda bildirilir.
“Qeyd edək ki, Ermənistan rəhbərliyinin münaqişə çərçivəsinin genişləndirilməsi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək cəhdləri uğursuz oldu. Rusiya Prezidenti müsahibəsində bir daha açıq və aydın şəkildə heç kimin Ermənistan ərazisinə təcavüz etmədiyini bəyan etdi. Beləliklə, bütün döyüş əməliyyatlarının 1990-cı illərdə ölkəmizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazisində baş verdiyi barədə Azərbaycanın mövqeyi təsdiqləndi”, - deyə XİN vurğulayıb.*
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət