Azərbaycan Dövlət Neft Fondu (ARDNF) aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir və bu valyutada aktivlərin xüsusi çəkisi 68%-dək artıb. Bu barədə fondun məlumatında deyilir.
“2020-ci il dekabrın 31-nə olan vəziyyətə görə, ARDNF-in aktivləri $43 milyard 564,34 milyon təşkil edib, bunun $0,95 milyonu Azərbaycan manatında, qalanı digər valyutalarda yerləşdirilib”, - deyə məlumatda bildirilir.
2020-ci il dekabrın sonuna olan vəziyyətə görə, ARDNF-in investisiya portfeli $43 milyard 563,38 milyona bərabərdir.
Bununla yanaşı, fondun investisiya portfelinin strukturunda 68% ABŞ dolları (2019-cu ilin yekunları üzrə 56,65%), 20,3% avro (2019-cu ilin sonuna 31,4%), 5,3% funt sterlinq (2019-cu ilin sonuna 5,1%), 0,6% Avstraliya dolları (2019-cu ilin sonuna 0,6%), 0,7% türk lirəsi (2019-cu ilin sonuna 0,8%), 0,5% rus rublu (2019-cu ilin sonuna 0,8%), 1,3% Çin yuanı (2019-cu ilin sonuna 1,2%), 1,5% yapon yeni (2019-cu ilin sonuna 1,5%), 1,8% digər valyutalarda (2019-cu ilin sonuna 1,5%) yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-in investisiya portfelinin 29,26%-i Avropa ölkələrində (2019-cu ilin sonuna 33,8%), 24,96%-i Şimali Amerika ölkələrində (2019-cu ilin sonuna 24,91%), 23,48%-i Asiya-Sakit okean regionu ölkələrində (2019-cu ilin sonuna 33,76%), qalanı digər regionlarda yerləşdirilib.
Fondun investisiya portfelinin 63,8%-i istiqrazlarda və pul bazarı alətlərində (2019-cu ilin sonuna 68,7%), 15,9%-i səhmlərdə (2019-cu ilin sonuna 14,1%), 6,1%-i daşınmaz əmlakda (2019-cu ilin sonuna 5,8%), 14,2%-i qızılda (2019-cu ilin sonuna 11,4%) yerləşdirilib ki, bu da 101,8 tona bərabərdir (2019-cu ilin sonuna 101,2 ton).
ARDNF-in vəsaitlərinin 91,2%-i yüksək reytinqli (А, АА və ААА) aktivlərdə yerləşdirilib.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət