2020-ci ildə Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 728 milyon 634,1 min manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 7% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 502 milyon 768,7 min manat (artım 10,1%) və ya bazar üzrə bütün sığorta haqlarının 69%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 249 milyon 794,3 min manat (artım 13,9%), qeyri-həyat sığortası üzrə sığorta haqları 252 milyon 974,4 min manat (artım 6,6%) təşkil edib.
2020-ci ildə icbari sığorta növləri üzrə sığorta haqları 225 milyon 865,4 min manat (artım 0,6%) təşkil edib.
Hesabat ilində sığortaçılar həyatın yaşam sığortası (205 milyon 341,7 min manat), tibbi sığorta (101 milyon 564,6 min manat) və AVSMMİS (93 milyon 293,5 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu dövrdə bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 54,9%-ni təmin edib.
2020-ci ildə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 465 milyon 153,1 min manat yönəldiblər ki, bu da 2019-cu ilin göstəricisindən 54,3% çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 378 milyon 741,2 min manat (artım 71,4%) və ya bazar üzrə bütün ödənişlərin 81,4%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 280 milyon 441,3 min manat (artım 2,3 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 98 milyon 299,9 min manat (azalma 0,8%) məbləğində olub.
2020-ci ildə icbari sığorta növləri üzrə ödənişlər 86 milyon 411,9 min manat (artım 7,2%) təşkil edib.
Ötən il sığortaçılar həyatın yaşam sığortası (275 milyon 661,7 min manat), könüllü tibbi sığorta (67 milyon 869,5 min manat) və AVSMMİS (56 milyon 578,7 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 86%-ni təmin edib.
2020-ci ilin sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət