2021-ci ildə Sahibkarlığın İnkişafı Fondu 130 milyon manat məbləğində güzəştli kredit verməyi planlaşdırır. Bu barədə SİF-in İdarə Heyətinin sədri Kənan Nəcəfov bəyan edib.
“Ötən il ərzində Fond tərəfindən sahibkarlara 127 milyon manat məbləğində güzəştli kreditlər verilib. Cari il isə bu məbləği 130 milyon manatadək artırmağı planlaşdırırıq”, - Nəcəfov bu gün mətbuat konfransında bildirib.
O qeyd edib ki, ötən il verilən kreditlər 908 layihənin reallaşdırılmasına yönəldilib, həmin layihələrə sərmayələr 397 milyon manat həcmində qiymətləndirilir.
“Bu layihələrin reallaşdırılması 2,7 midən artıq yeni iş yeri açmağa imkan yaradacaq. Qeyd etmək lazımdır ki, 2020-ci ildə verilən kreditlərin ümumi sayından 37,3%-i sənayesi məsullarının istehsalı və emalı, 44,5%-i aqrar məhsulların istehsalı, 12,5%-i – aqrar məhsulların emalına yönəldilib. Qalan kreditlər xidmətlər, turizm, səhiyyə vəı s. kimi sahələrə verilib. Kreditlərin təxminən 80%-i Azərbaycanın regionları, qalanı – Bakının qəsəbələrinin payına düşüb”, - Nəcəfov vurğulayıb.
Xəbər verildiyi kimi, 1 avqust 2018-ci il tarixində prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilir. İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilir. Fondun nizamnamə kapitalı 1 milyard 94 milyon 254,581 min manatdır.
SİF 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək kredit verir. Kreditlər illik 5%-lə verilir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət