Böyük Britaniya Qarabağda azad olunmuş ərazilərin ərazilərinin minadan təmizlənməsi sahəsində Azərbaycanın fəaliyyətinə yardım etməyə hazırdır. Bu barədə Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton bəyan edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, o çərşənbə axşamı Bakıda xarici işlər naziri Ceyhun Bayramovla görüş zamanı bu barədə bəyan edib.
“Görüş zamanı Morton gender bərabərliyi, yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.O, həmçinin Böyük Britaniyanın Azərbaycanın ərazilərinin (Qarabağda - İF) minadan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazır olduğunu vurğulayıb”, - XİN-dən bildiriblər.
Öz növbəsində,Bayramov bölgədəki cari vəziyyətdən bəhs edərək, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı Mortona ətraflı məlumat verib.
“XİN başçısı qeyd edib ki, üçtərəfli bəyanatlara əsasən bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılışı, habelə yeni nəqliyyat dəhlizinin çəkilişinin bölgədə tərəqqinin təmin edilməsi və insanlar arasında münasibətlərin normallaşmasına xidmət edəcək”, - məlumatda vurğulanıb.
Həmçinin Bayramov Ermənistanda bəzi insanlar tərəfindən sərgilənən neqativ ritorikanın heç də münasibətlərin normallaşmasına xidmət etmədiyi, əksinə xalqlar arası ədavətin dərinləşdirilməsi məqsədi güddüyü qarşı tərəfin diqqətinə çatdırılıb. “Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edib, BMT TŞ-nin məlum qətnamələrinin icrası təmin edilib, yeni reallıq hər kəs tərəfindən qəbul olunmalıdır. Bu xüsusda, Azərbaycanın ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən hər hansı səfər qanunsuz xarakter daşıyır və buna münasibətdə müvafiq tədbirlər həyata keçirilir”, - nazir bildirib.
Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri üzrə, o cümlədən strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.**
R.Əhmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət