Bu gün Azərbaycan və Türkiyə arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair 11 sənəd imzalanıb.
Sənədlər Ankarada keçirilən Türkiyə-Azərbaycan Biznes Forumunun yekunları üzrə iki ölkənin təşkilatları və işgüzar dairələri arasında imzalanıb. Bu sənədlər arasında Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Eti Bakır AS” və “Artvin Maden İsletlemeri” şirkətləri arasında faydalı qazıntıların hasilatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da var. "İnterfaks-Azərbaycan" agentliyinin müxbirinin verdiyi xəbərə görə, sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və "Cengiz Holding"in İdarə Heyətinin sədri Mehmet Cengiz imzalayıblar.
M.Cabbarov sənədin imzalanması mərasimindən əvvəl bildirib ki, memorandum Azərbaycanla Türkiyə arasında dağ-mədən sənayesi sahəsində əməkdaşlığı və qızıl və mis yataqlarının işlənilməsinin təmin edilməsini nəzərdə tutur.
Bundan başqa, “STS Holding” (Azərbaycan) və “Zorlu Holding” (Türkiyə) arasında kənd təsərrüfatı, inşaat və tekstil sənayesi kimi sahələrdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi haqqında niyyət sazişi imzalanıb.
Eyni zamanda, “CTC Holding” "Varnet Cam" şirkəti ilə Azərbaycanda "ağıllı" istixananın tikintisi layihəsinin həyata keçirilməsinə dair saziş imzalayıb.
“CTC Holding” və “Aslan Yapı” arasında kənd təsərrüfatı, tikinti və məişət texnikası sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunub.
“AS Group Investment” (Azərbaycan) və “Reta Line Mimarlık Muhendislik Insaat” (Türkiyə) memarlıq və layihələndirmə sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəliblər.
“BETEKS” və “Kocaklar” şirkətləri Azərbaycanda "Koton" və "DeFacto" markalı malların istehsalı haqqında saziş imzalayıblar, Bakı Tekstil Fabriki ilə “Baku Orme” arasında parça boyama və trikotaj sahəsində fəaliyyət göstərəcək 4 birgə istehsal müəssisəsinin yaradılması barədə razılıq əldə edilib.
Bundan əlavə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Bursa Ticarət-Sənaye Palatası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası arasında əməkdaşlığa dair sənədlər imzalanıb.
Bununla yanaşı, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyası ilə Beynəlxalq İnvestisiya və Biznes Konfederasiyası arasında qadın sahibkarlığının inkişafına dair Anlaşma Memorandumu imzalanıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət