2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 705 milyon 699,9 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,3% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 482 milyon 652,3 min manat (artım 10,9%) və ya bazar üzrə bütün sığorta haqlarının 68,4%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 262 milyon 11,3 min manat (artım 22,5%), qeyri-həyat sığortası üzrə sığorta haqları 220 milyon 641 min manat (azalma 0,3%) təşkil edib.
Yanvar-oktyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 223 milyon 47,6 min manat (artım 15,8%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (223 milyon 122,9 min manat), könüllü tibbi sığorta (87 milyon 470 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (83 milyon 251,9 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Yanvar-sentyabr aylarında bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 55,8%-ni təmin edib.
10 ay ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 401 milyon 211,2 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 14,6% çoxdur.
Yanvar-oktyabr aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 299 milyon 848,4 min manat (artım 2%) və ya bazar üzrə bütün ödənişlərin 74,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 213 milyon 69,7 min manat (azalma 1,4%), qeyri-həyat sığortası üzrə ödənişlər 86 milyon 778,7 min manat (artım 11,4%) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 101 milyon 362,8 min manat (artım 80,7%) təşkil edib.
Bu dövrdə sığortaçılar həyatın yaşam sığortası (210 milyon 24,7 min manat), könüllü tibbi sığorta (67 milyon 722,8 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (59 milyon 946,4 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 84,2%-ni təmin edib.
Oktyabr ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət