Qarabağ münaqişəsinin sona çatması həm Ermənistan, həm də Azərbaycan üçün bir-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasındairəliləmək üçün unikal imkan yaradıb. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Azərbaycan buna hazır olduğunu dəfələrlə vurğulayıb və münaqişə başa çatdıqdan dərhal sonra bu xüsusda bir sıra birtərəfli praktiki addımlar atıb. Ermənistan isə hələ ki, buna qarşılıq verməyib”, - Bayramov bu gün ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında çıxışında bildirib.
Nazir qeyd edib ki, Ermənistanın üçtərəfli bəyanatlar əsasında üzərinə götürdüyü öhdəlikləri pozmaqda davam etməsi ciddi narahatlıq doğurur.
“Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı yerinə yetirməli və silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalıdır. Bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında gecikmələrə son qoyulmalıdır. Bu, bütün maraqlı tərəflərə geniş iqtisadi fayda verməklə yanaşı, etimadın möhkəmləndirilməsi və münaqişədən sonrakı normallaşma tədbiridir. Zəngəzur dəhlizinin tezliklə işə salınması bölgədə sülh və əməkdaşlığa xidmət edəcək və bütün bölgə ölkələri üçün misli görünməmiş yeni imkanlar yaradacaq”, - nazir deyib.
O cümlədən, Bayramov vurğulayıb ki, Ermənistan indiyədək bütün minalanmış ərazilərin tam və dəqiq xəritələrini təqdim etməyib.
“Bu, işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı reabilitasiya və yenidənqurma prosesini ləngidir, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmasına ciddi maneə yaradır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından indiyədək minaların partlaması nəticəsində 180 Azərbaycan vətəndaşı, o cümlədən 71 mülki şəxs, onların arasında jurnalistlər və digər media işçiləri həlak olub və ya ağır yaralanıb”, - Bayramov qeyd edib.
O cümlədən nazir bildirib ki, Ermənistan, həmçinin 1990-cı illərin əvvəllərində baş vermiş silahlı hərbi əməliyyatlar zamanı itkin düşən 4 minə yaxın azərbaycanlının yerinin müəyyən edilməsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirməyib. **
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət