Qazaxıstan Azərbaycanla neft nəqli və marşrutların şaxələndirilməsi ilə bağlı danışıqları davam etdirir. Bu barədə “İnterfaks-Qazaxıstan”a Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Hazırda Energetika Nazirliyi “KazMunayQaz” milli şirkəti SC ilə birgə neftin ixrac istiqamətlərində nəqli üçün əlavə marşrutları öyrənir. Xüsusilə neftin Azərbaycan istiqamətində (Aktau-Bakı-Tbilisi-Ceyhan, Aktau-Bakı-Supsa, Aktau-Bakı-Batumi) nəqli marşrutları nəzərdən keçirilir”, - deyə mətbuat xidmətindən qeyd olunub.
“Hazırda Xəzər Boru Kəməri Konsorsiumu Qazaxıstan yükgöndərənləri üçün iqtisadi cəhətdən ən səmərəli marşrutdur. Əlavə marşrutların inkişaf etdirilməsinin nəzərdən keçirilməsi Qazaxıstanda neft hasilatının artması nəzərə alınmaqla onların potensialından, iqtisadi məqsədəuyğunluğundan və digər əlaqəli amillərdən, o cümlədən texniki amillərdən asılı olacaq”, - deyə məlumatda vurğulanır.
Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov oktyabrın sonunda bildirmişdi ki, Azərbaycan Bakı-Supsa neft kəməri ilə nəql üçün Qazaxıstandan təminatlı həcmlər gözləyir.
Yayda “KazMunayQaz” şirkətinin İdarə Heyəti sədrinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev qeyd etmişdi ki, Qazaxıstan Azərbaycan ərazisi ilə neft nəqli ilə bağlı danışıqlar aparır. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kəmərlərindən Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət