Maliyyə Nazirliyi əhalinin keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanələri üzrə fərdi birdəfəlik ödəmələrin verilməsi işinin təşkilinə dövlət büdcəsindən 300 mln. manat vəsait alacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Bu vəsaitlər 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Ehtiyat Fondundan ayrılacaq.
Həmçinin, bu vəsaitlər bu işin icrası üçün «Kapital Bank» ASS tərəfindən müddətli əmək müqavilələri əsasında əlavə işçi qüvvəsinin cəlb edilməsi, onların yerləşdirilməsi xərclərinin ödənilməsi, maddi-texniki və proqram təminatı məsələlərinin həll edilməsinə sərf ediləcək.
Bundan başqa, Azərbaycan höküməti fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı məsələlərin nizama salınması məqsədilə Maliyyə Nazirliyinin nəzdində xüsusi Komissiya yaradıb. Komissiyanın vəzifələrinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı mübahisəli məsələlərə baxılması, ümumi nəzarətin həyata keçirilməsi daxildir.
Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev komissiyanın sədri təyin olunub.
15 nəfərdən ibarət komissiya tərkibinə həmçinin Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri daxildir.
Şərtlərə əsasən, Komissiya 10 gün ərzində vətəndaşların fədri birdəfəlik ödəmələrin alınması üzrə müraciətə baxmalıdır. Bununla yanaşı, Komissiyanın müraciət əsaında qəbul edilən qərarı barədə əmanətçiyə 3 iş günü ərzində yazılı məlumat verilməlidir.
“Kapital bank” hər ayın 5-dən gec olmayaraq, birdəfəlik ödəmənin verilməsi vəziyyəti barədə məlumatı Xüsusi Komissiyaya təqdim etməlidir. Bununla birgə, bu hesabatda əmanətçilərin adları və ödənilən məbləğlər filiallar üzrə xronoloji ardıcıllıqla verilməlidir.
Öz növbəsində, Komissiya məlumatları ümumiləşdirərək, hər ayın 10-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti Ilham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları barədə fərman imzalayıb. Fərmana əsasən, fərdi birdəfəlik ödəmələr 1992-ci il 1 yanvar tarixinə bankda əmanəti olan əmanətçilərə veriləcək.
Ödənişlərin verilməsi 2012-ci ilin iyun ayından başlamalı və 2013-cü il dekabrın 31-də başa çatmalıdır. Bu proses “Kapital Bank” ASC tərəfindən həyata keçirilməlidir.
Birdəfəlik ödəmə, əmanət qalığının məbləğindən asılı olaraq, aşağıdakı qaydada hesablanır: əmanət 2 min rubla qədər olduqda (0,04 manat), əmanət qalığının hər bir qəpiyi üçün 75 manat əmsal tətbiq ediləcək.
Əmanət 2 mindən 5 min rubla qədər olduqda (0,04 manatdan 0,1 manata qədər) - 300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat.
Əmanət 5 mindən 10 min rubla qədər olduqda (1 manatdan 0,2 manata qədər) - 600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat.
Əmanət 10 min rubldan yuxarı olduqda (0,2 manatdan) – 1min manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat.
Fərmana əsasən, birdəfəlik ödəməni almaq üçün 2012-ci il dekabrın 31-nə qədər “Kapital Bank” ASC-yə müraciət etmək lazımdır.
Maliyyə Nazirliyinin qiymətləndirmə görə, indeksləşdirmənin aparılması üçün təxminən 1 mlrd. manat vəsait tələb oluna bilər. Təxminən 2,4 mln. nəfərin əmanətləri indeksləşdiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət