Azərbaycan höküməti 2012-ci il iyunun 1-dən etibarən SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əhalinin əmanətləri üzrə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlayacaq. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.
Azərbaycanın maliyyə naziri Samir Şərifovun iştirakı ilə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi üçün yaradılan Xüsusi Komissiyanın ilk iclası keçirilib.
İclasda çıxış edən S.Şərifov qeyd edib ki, 2012-ci il iyunun 1-dən etibarən SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əhalinin əmanətləri üzrə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi başlanacaq.
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyi əhalinin keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında əmanələri üzrə fərdi birdəfəlik ödəmələrin verilməsi işinin təşkilinə dövlət büdcəsindən 300 mln. manat vəsait alacaq.
Azərbaycan Prezidenti Ilham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları barədə fərman imzalayıb. Fərmana əsasən, fərdi birdəfəlik ödəmələr 1992-ci il 1 yanvar tarixinə bankda əmanəti olan əmanətçilərə veriləcək.
Ödənişlərin verilməsi 2013-cü il dekabrın 31-də başa çatmalıdır. Bu proses “Kapital Bank” ASC tərəfindən həyata keçirilməlidir.
Birdəfəlik ödəmə, əmanət qalığının məbləğindən asılı olaraq, aşağıdakı qaydada hesablanır: əmanət 2 min rubla qədər olduqda (0,04 manat), əmanət qalığının hər bir qəpiyi üçün 75 manat əmsal tətbiq ediləcək.
Əmanət 2 mindən 5 min rubla qədər olduqda (0,04 manatdan 0,1 manata qədər) - 300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat.
Əmanət 5 mindən 10 min rubla qədər olduqda (1 manatdan 0,2 manata qədər) - 600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat.
Əmanət 10 min rubldan yuxarı olduqda (0,2 manatdan) – 1min manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat.
Fərmana əsasən, birdəfəlik ödəməni almaq üçün 2012-ci il dekabrın 31-nə qədər “Kapital Bank” ASC-yə müraciət etmək lazımdır.
Maliyyə Nazirliyinin qiymətləndirmə görə, indeksləşdirmənin aparılması üçün təxminən 1 mlrd. manat vəsait tələb oluna bilər. Təxminən 2,4 mln. nəfərin əmanətləri indeksləşdiriləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət