Azərbaycanla Rusiyanın Hərbi Sənaye Kompleksi (HSK) sahəsində əməkjdaşlığının böyük perspektivləri var.Hərbi ekspert Yaşar Cəfərli belə hesab edir.
“Azərbaycanla Rusiya arasında HSK sahəsinin bütün istiqamətləri üzrə onlara münasibətlərini inkişaf etdirmək üçün maneçilik törədə biləcək hər hansı amillər yoxdur”,- deyə Y.Cəfərli “İnterfaks -Azərbaycan” agentliyinə keçən həftə Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya baş nazirinin müavini Dmitri Roqozinin ölkənin hərbi sənaye kompleksi (HSK) sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunmuş görüşünü şərh edərkən bildirib.
“Başqa sözlə desək, Azərbaycan və Rusiya həm adi döyüş sursatının, o cümlədən ağır hərbi texnikanın, eləcə də hərbi gəmilərin birgə istehsalı məsələlərində əməkdaşlıq edə bilərlər”,- deyə ekspert əlavə edib.
Y.Cəfərli Rusiyanın hərbi-sənaye kompleksinin dünyada ən böyük komplekslərdən biri və böyük imkanlara malik olmasını nəzərə almaqla Bakı və Moskvanın HSK sahəsində əməkdaşlığını perspektiv hesab edir. “Azərbaycan öz növbəsində, gənc bir dövlət kimi özünün HSK-ni inkişaf etdirmək niyyətindədir. Buna görə də, Azərbaycan HSK-ni inkişaf etdirmək və genişləndirmək niyyətindədir, bu məqsədlə də bir sıra ölkələrlə, o cümlədən Rusiya ilə münasibətləri yaxşılaşdırır. Bununla da, Azərbaycan həm silahlanma ilə bağlı öz tələbatını ödəmək, həm də silahların satışından gəlir əldə etmək istəyir. Bununla əlaqədar olaraq, Rusiya ilə HSK sahəsində əməkdaşlıq Azərbaycana yalnız yaxşı və səmərəli imkanlar verə bilər”, -deyə o bildirib.
Ekspert əmindir ki, HSK sahəsində Rusiya ilə əməkdaşlığın inkişafı Azərbaycana şəxsi silahlı qüvvələrinin NATO standartlarına keçidinin təminatı işində maneə olmayacaq”. Yəni Azərbaycanın hər iki istiqamətdə hərəkət etmək imkanı var, eyni zamanda HSK sahəsində Rusiya ilə əməkdaşlıq etmək və öz silahlı qüvvələrini NATO standartlarına keçirmək”,- deyə o qeyd edib.
“Lakin reallıq ondan ibarətdir ki, Azərbaycan HSK sahəsində Rusiya ilə əməkdaşlıq etməlidir, çünki ölkənin hərbi qüvvələrinin NATO standartlarına keçməsi uzun vaxt tələb edir.
Bundan əlavə, nəzərə almaq lazımdır ki, Azərbaycanın ixtiyarında olan silahların əsas hissəsi Sovet və Rusiya istehsalıdır. Ona görə, Azərbaycanın Rusiya ilə HSK sahəsində əməkdaşlıq etməsi lazımdır”,- deyə ekspert fikrini bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət