Moskvada hesab edirlər ki, 2004-cü ildə Budapeştdə erməni zabiti Qurqen Marqaryanın öldürülməsinə görə məhkum olunan azərbaycanlı hərbçi Ramil Səfərovun azadlığa buraxılması və əfv edilməsi ilə nəticələnən Azərbaycan və Macarıstan hökümətlərinin hərəkətləri Ermənistan və Azərbaycan arasında gərginliyin azalması üzrə beynəlxalq səylər ilə ziddiyyət təşkil edir.
“Hesab edirik ki, Macarıstan höküməti kimi, Azərbaycan hökümətinin hərəkətləri ilk növbədə ATƏT-in Minsk qrupunun xətti üzrə beynəlxalq səviyyədə razılaşdırılan, regionda gərginliyin azalmasına yönəldilən səylər ilə ziddiyyət təşkil edir”, - deyə bazar ertəsi idarənin saytında dərc edilən RF XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviçin bəyanatında bildirilir.
Diplomatın sözlərinə görə, “2004-cü ildə Macarıstanda erməni zabitini öldürməsinə görə ömürlük həbs cəzasına məhkum edilən azərcanlı hərbçi R.Səfərovun əfv edilməsi, həmçinin bu qərardan öncə macar hökümətinin Azərbaycana ekstradisiya olunması barədə məlumatlar
ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə həmsədri Rusiyada dərin narahatlıqla qəbul edilib”.
“Yaranan vəziyyətlə bağlı ən yaxın zamanda ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən müvafiq qiymətin veriləcəyini gözləyirik”, - deyə A.Lukaşeviç qeyd edib.
Avqustun 31-də Macarıstan höküməti zabit R.Səfərovu Bakıya ekstradisiya edib. Həmin gün Azərbaycan Prezidenti onun əfv olunması haqqında fərman imzalayıb. Baş leytenant R.Səfərov 2004-cü ildə Macarıstanda NATO-nun hərbi təlimləri zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı affekt vəziyyətində qətlə yetirib. Müdafiə naziri Səfər Əbiyev R.Səfərovla görüşdə ona mayor rütbəsi, yeni mənzilin açarlarını, o cümlədən 8,5 il ərzində əmək haqqı təqdim edib.
Hər iki zabit – R.Səfərov və Q.Marqaryan Budapeştə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində ingilis dili kurslarına ezam edilib.
Cümə günü R.Səfərovun Azərbaycana ekstradisiyası ilə əlaqədar İrəvan Budapeşt ilə diplomatik münasibətlərin dayandırılmasını bəyan edib.
Bununla yanaşı, Budapeştdə bəyan ediblər ki, Macarıstan Azərbaycana zabit R.Səfərovu Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilən "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasına uyğun ekstradisiya edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət