Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Türkiyənin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
“Fəaliyyətiniz dövrü ərzində siz iki ölkənin yaxınlaşması üçün çox səy gəstərdiniz, biz bunu çox yüksək qiymətləndiririk. Siz həqiqətən Azərbaycan xalqının dostusunuz”, - deyə Prezident qeyd edib.
İ.Əliyev görüş zamanı türkiyəli diplomatı dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edib.
Cümə axşamı Prezident o cümlədən Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul edib. Görüşdə İ.Əliyev respublikada Koreya şirkətlərinin fəallığını salamlayıb. O bildirib ki, qısa müddət ərzində iki ölkə etibarlı əməkdaşlıq səviyyəsinə nail olub.
Həmin gün İ.Əliyev Niderland Krallığının Baş nazirinin müavini və iqtisadi işlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhageni qəbul edib. Görüş zamanı Prezident ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayıb. Görüşdə neft-qaz sektoru, daşımalar, nəqliyyat, infrastruktur, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət