Moskva və Bakı Qəbələ RLS-in icarə müddətinin uzadılması ilə bağlı danışıqlarda hələ ki, ortaq mövqeyə gələ bilməyib, ehtimal ki, Rusuya Azərbaycan tərəfindən irəli sürülən şərtlər altında stansiyanı icarəyə götürməkdən imtina edəcək. Bu barədə ”İNTERFAKS- AVN” agentliyinə çərşənbə axşamı hərbi diplomatik mənbə məlumat verib.
“Rusiya tərəfinin əvvəlki maliyyə şərtləri ilə, 2-3 il müddətinə müvəqqəti icarə müqaviləsinin imzalanması barədə təklifi Bakını qane etmir. Yəqin ki, saziş əldə edilməyəcək və Rusiya stansiyanı icarəyə götürməkdən imtina edəcək”,- deyə agentliyin müsahibi bildirib.
O həmçinin, söyləyib ki, bu vəziyyətə hazır olmaq üçün Rusiya Hava-Kosmik Müdafiə Qoşunlar hissəsinin tez bir vaxtda Arnavir yaxınlığındakı RLS-ə köçürülməsi üçün tədbirlər görülür.
“Armavir stansiyasının ilin sonuna qədər hazırda Qəbələ RLS-in əhatə dairəsində olan cənub istiqamətində raket risklərinin izlənməsini tamamilə təmin edəcəyi istisna edilmir”, - deyə agentliyin müsahibi bildirib.
İcarə müddətinin uzadılması məsləsi hələ 2011-ci ildə gündəmə gəlib. O zaman RF-nin müdafiə naziri Anatoli Serdyukov Bakıda yeni müqavilə şərtlərinin işlənməsi barədə razılığa gəlib.
Bir sıra Rusiya mətbuatının məlumatlarına əsasən, Azərbaycan ilk olaraq Rusiya tərəfindən illik icarə haqqını $15 mln., sonra tələb edilən məbləği $150 mlnş-a., son zamanlar isə - $300 mln.-a qədər artırıb
Raketdən müdafiə qoşunlarının keçmiş komandanı general-leytenant nikolay radionov “İnterfaks ABN” agentliyinə bildirmişdi ki, əgər Rusiya azərbaycanla yeni icarə şərtləri barədə razılığa gələ bilməsə Armavirdəki yeni RLS Qəbələdəki stansiyamın itkisini kompensasiya edə bilər
“Biz armavirdə raket zərbələri barədə öncədən xəbərdarlıq edən stansiya tikmişik. Bu stansiya cənub istiqamətində raket risklərinin izlənməsini Qəbələ RLS-dən daha yaxşı təmin edir.Buna görə,əgər Azərbaycan RLS-in icarəsi ilə bağlı qəbuledilməz şərtlər irəli sürərsə, Rusiya ondan imtina etməli olacaq.Bizim fikrimizcə hərbi-texniki nöqteyi nəzərdən heç bir zərər olmayacaq”,- deyə Rodionov bildirib.
O qeyd edib ki, Arnavirdəki RLS” il ərzində kondisiya vəziyyətinə çatdırılacaq, lazımı parametrlər əldə edildikdən sonra Qəbələ RLS-i daha keyfiyyətli və etibarlı şəkildə əvəz edəcək”.
Onun sözlərinə görə, Armavirdə tikilən RLS yeni nəsil stansiya sayılır.Onun əhatə dairəsi Qəbələ RLs-dən2.5 dəfə çoxdur.Buna görə də Azərbaycandakı stansiyanın itkisi Rusiya raketdən müdafiə sistemi üçün kritik itki olmayacaq”,- deyə N.Rodionov qeyd edib.
İnformasiya-analitik mərkəz statusuna malik “Daryal” RLS Qəbələ rayonunun ərazisində yerləşir və Azərbaycanın mülkiyyətinə aiddir. Bu obyekt 2002-ci ildə Azərbaycan və Rusiya parlamentlərinin ratifikasiya etdikləri saziş əsasında 10 il müddətinə Rusiya tərəfinə icarəyə verilib. İcarə haqqı illik $7 mln. təşkil edir. Stansiyanın icarəsinə dair qüvvədə olan saziş 2012-ci ildə bitir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət