Baki və Yerevan ikitərəfli danışıqların konstruktiv şəkildə irəliləməsi üçün bir- birlərinin mövqelərini yaxşı başa düşməlidirlər.Ermənistan XİN-in eks rəhbəri, “ İrs” partiyasının sədri Raffi Ovanesyan belə söyləyib.
“Öz torpaqlarına qayıdan bütün vətəndaşların hüquq bərabərliyini təmin etmək lazımdır. “İşğal” və buna bənzər sözlərdən istifadə etmək lazım deyil, bunun əvəzində dialoq üçün konstruktiv yollar tapmaq lazımdır”,- deyə R.Ovanesyan cümə günü Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasında çıxışı zamanı bildirib.
“Əgər biz soyqrımlara qarşı çıxış ediuriksə, anlamalığıqüki, ağrı və fəlakətlər hamıya aiddir”,- deyə o əlavə edib.
. “İrs” partiyasının sədri qeyd edib ki, atəşkəs rejimi əldə edildikdən 11 il sonra guya Naxçıvanda ermənilərə aid mədəni abidələr məhv edilib.
R.Ovanesyan həmçinin, bildirib ki, 1980-ci iilərin sonunda Sumqayıt və Bakıda Azərbaycanda yaşayan ermənilərə qarşı qırğın başladılmışdı, bunun nəticəsində ermənilər burdan qaçmaq məcburiyyətində qalıblar.
Bununla yanaşı, o Azərbaycan paytaxtı haqqında da xoş sözlər deyib. “Mən gözəl, günəşli Bakı şəhərinə gəlmişəm, bir zamanlar burda yüzlərlə erməni yaşayırdı.Mən Bakıldakı Erməni kilsəsinə getmək və Bakıda yaşayan erməni ailələri ilə görüşmək istəyirəm”,- deyə o bildirib.
R.Ovanesyandan sonra çıxış edən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə onun fikirlərini “həyasızcasına deyilmiş yalan” adlandırıb. A. Əlizadə qeyd edib ki, o erməni iştirakçının nitqindən sonra özünü təhqir olunmuş hesab edir. Erməni qonağın çıxışını Gebbelsin təbliğatı ilə müqayisə etmək olar.Gebbels də demişdi “Yalan həyasızcasına olmalıdır, onda insanlar daha tez inanarar” .Ermənilər də hər şeyi tərsinə danışaraq, yalanı həqiqət kimi təqdim etməyə çalışırlar”,- deyə A.Əlizadə bildirib.
“ Mən sosial demokratam.Məlumdur ki, sosial demokratlar müharibəyə qarşıdırlar.Bu gün Azərbaycan rəhbərliyi müharibəyə qarşı çıxış edir, lakin hörmətli Preziddent İlham Əliyevdən fərqli olarq mən müharibə istəyirəm”,- deyə o bildirib.
A.Əlizadə qonaqların nəzərinə çatdırıb ki, Sumqayıt və Bakıda qırğınlar olmuşdu, bununla əlaqədar istintaq aparıldı. “Nəticədə məlum oldu ki, 1988-ci ildə baş verən bu hadisələrin səbəbkarı və təşkilatçısı Qriqoryan adlı şəxs imiş. Konkret bu hadisədə azərbaycanlılara qarşı soyqrım baş vermişdi. Ermənilər iki gün ərzində azərbaycanlıları sıxışdıraraq Ermənistandan qovdular”,- deyə o bildirib.
A.Əlizadə beynəlxalq ictimaiyyəti də tənqid edib.”Miloşevic insanlığa qarşı cinayət törətməkdə ittiham edildiyi vaxt, Ermənistanda Köçəryan və Sarqsyan da oxşar cinayətlər törədir və prezident olurlar.Onlar hətta,baş verəənləri gizlətmir. Xocalı soyqrımı barədə açıq danışırlar.Ovanesyan Ermənistanın XİN başçısı olarkən o Dağlıq Qarabağla bağlı proseslərdə iştirak edib.Qarabağ probleminin həll edilməməsində o da günahkardır”,- deyə A.Əlizadə vurğulayıb.
Onun sözlərinə görə, dünya birliyi Azərbaycana qarşı ikili standartlar tətbiq edirlər.İrana qarşı sanksiyalar dərhal yerinə yetirilir, amma BMT-nin Təhlükəsizlik Şurasının 20 il öncə qəbul etdiyi 4 qətnamə tətbiq edilmir. “Bizə deyirlər ki, razılığa gəlmək lazımdır.Hansı razılığa gəlməliyik. Təcavüzkarla qurbanı eyniləşdirmək olmaz”,- deyə o əlavə edib.
“Erməni şovinistləri öz xalqlarını məhv edirlər. Mən həmişə demişəm, erməni xalqı günahkar deyil. Yalnız Azərbaycana qarşı deyil, Türkiyəyə, Gürcüstana qarşı da ərazi iddiasında olan Ermənistan hökuməti günahkardır. Onlar üç dənizin arasındakı ərazini əhatə etməli olan “Böyük Ermənistan İmperiyası” xülyası ilə yaşayırlar”,- deyə A.Əlizadə bildirb.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət