Serbiyanın Kosovo və Metoxiya üzrə Hökumət Bürosu Kosovoda serb əhalisinin qırğınının doqquzuncu ildönümü ilə əlaqədar “Cəzasız cinayət” adlı kitabça və DVD buraxıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Serbiyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Nüsxələri Serbiya səfirliyi tərəfindən “İnterfaks-Azərbaycan” agentliyinə təqdim edilən materiallar 2004-cü il martın 17-18-də Serbiya və Metoxiya ərazisində zorakılıq aktlarının xronologiyasını əks etdirir. Bu hadisələr zamanı serb əhalisinin böyük hissəsi öldürülüb.
Məlumatlara əsasən, mart qırğını zamanı 900-ə yaxın şəxs yaralanıb, 3870 nəfər evlərindən qovulub. Bundan başqa, 935 serb, qaraçı və aşkalinin (Balkan yarımadasının albandilli qaraçıları, islam dininə etiqad edirlər, ozlərini qaraçıların Misir və ya Fələstin qoluna aid edirlər – İF-Az) evləri yandırılıb və məhv edilib. Bundan əlavə, serb pravoslav kilsəsinin 35 dini tikilisi məhv edilib, onlardan 18-i serb xalqı üçün mədəni-tarixi əhəmiyyət kəsb edib. Pravoslav qəbiristanlıqları da vandalizm aktlarına məruz qalıb, qəbirlər təhqir edilib. Serblərin Kosovo və Metoxiyada çox qədimdən yaşadıqlarını sübut edən yaş dəftərləri məqsədyönlü şəkildə məhv edilib. Məqsəd bu ərazidə serb əhalisinin yaşadığını sübut edən izlərin silinməsi olub.
2004-cü ilin mart ayında baş verən faciəli hadisələr nəticəsində Kosovo ərazisində altı şəhər və on kənd etnik təmizləməyə məruz qalıb. Qeyd edilir ki, bu qırğınlarda Albaniya tərəfindən 51 mindən artıq şəxs iştirak edib.
Martın 20-dən etibarən Serbiyanın Kosovo və Metoxiya üzrə Hökumət Bürosu ölkədə və xaricdə “Cəzasız cinayət” şüarı altında mart qırğınlarının növbəti ildönümünə həsr olunmuş bir sıra tədbirlər təşkil edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət