"Paşa Bank" nizamnamə kapitalını 28,1% - 228 mln. manata qədər artıracaq. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
“Nizamnamə kapitalının artırılması bankın səhmlərinin nominalının konvertasiyası yolu ilə həyata keçiriləcək. Səhmlərin nominal dəyəri bir qiymətli kağız üçün 17,8 min manatdan 22,8 min manata qədər artacaq”, - deyə QKDK nümayəndəsi bildirib.
Onun sözlərinə görə, QKDK 2013-cü il iyulun 8-də səhmlərin emissiya prospektini nominalın dəyişməsi nəzərə alınmaqla qeydiyyata alıb.
Bankın nizamnamə kapitalı 10 min ədəd səhmə bölünüb.
Hazırda “Paşa Bank”ın nizamnamə kapitalı 178 mln. manata bərabərdir.
“Paşa Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “Paşa Holdinq”in strukturuna daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət