2013-cü ilin I yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 1,6% - $34 mlrd. 678,4 mln. manatadək artıb. Bu barədə ARDNF-in məlumatında bildirilir.
“2013-cü ilin I yarısında fondun gəlirləri 6 mlrd. 726,4 mln. manat, xərcləri 5 mlrd. 791,2 mln. manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Fondun gəlirlərinin strukturunda Azərbaycanın mənfəət nefti və qazının satışından daxilolmalar 6 mlrd. 482,8 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat, tranzit gəlirlər 3,9 mln. manat, bonus ödənişləri 0,3 mln. manat, xarici investorlar tərəfindən verilmiş aktivlərdən daxilolmalar 0,04 mln. manat təşkil edib.
Cari ilin I yarısında fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər 237,7 mln. manat təşkil edib.
Fondun xərclərinin strukturunda daha çox məbləğ - 5 mlrd. 534,6 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Bundan başqa, qaçqınların yaşayış şəraitinin yaxşılaşmasına xərclər 157,5 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 74 mln. manat, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisinə 2,9 mln. manat, fondun idarə edilməsi üzrə inzibati xərclər 15,9 mln. manat təşkil edib. Qalan xərclər digər məqsədlərə sərf edilib.
Valyuta aktivlərinin təkrar qiymətləndirilməsi ilə əlaqədar ARDNF-in büdcədənkənar gəlirləri 521,6 mln. manat təşkil edib.
Məlumatda həmçinin qeyd olunur ki, 2012-ci ilin I rübündən fond qızılın alışına başlayıb və 1 iyul 2013-cü il tarixinə ARDNF 22 ton 399 kq qızıl alıb.
Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.
ARDNF rübdə bir dəfə öz gəlirləri və xərcləri barədə hesabat verir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət