Azərbaycanın işğal edilmiş ərazisinə qanunsuz səfər etmiş daha bir neçə Rusiya vətəndaşının adı Azərbaycanda qara siyahıya düşüb.
“Respublikanın işğal edilmiş ərazisinə qanunsuz səfərlər məsələsində Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır və belə səfərlər etmiş şəxslər ölkəmizdə arzuolunmaz şəxslər hesab ediləcəklər”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Tərkibinə tanınmış teleparıcı Anna Çapman, Rusiya İctimai Palatasının üzvü Denis Dvornikov, ictimai xadim və hüquq müdafiəçisi Sergey Karnauxov, “Russkiy reportyor” jurnalının müxbiri Aleksandra Rıjkovanın daxil olduğu nümayəndə heyəti Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına səfər ediblər. Onları qondarma “Dağlıq Qarabağ Respublikası”nın xarici işlər naziri qəbul edib.
“Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi dəfələrlə bildirilib. Azərbaycanın işğal edilmiş ərazisinə səfər edən və bu səfəri Azərbaycanın müvafiq dövlət qurumları ilə razılaşdırmayan şəxslər ölkədə arzuedilməz şəxslər hesab ediləcəklər”, - deyə o bildirib.
XİN rəsmisi deyib ki, adı çəkilən şəxslərin Dağlıq Qarabağa səfəri “Azərbaycan Respublikasının dövlət sərhədləri haqqında” qanunun pozulması deməkdir.
“Təbii ki, Azərbaycan bu məsələ ilə bağlı araşdırma aparır və qısa müddətdə xaricdəki diplomatik nümayəndəliklərə müvafiq tapşırıqlar veriləcək”, - deyə E.Abdullayev əlavə edib.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qəbul edib. Ermənistan indiyə qədər bu sənədlərə məhəl qoymur.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət