Azərbaycan Dağlıq Qarabağın ermənilərini öz vətəndaşları hesab edir və Azərbaycan-Ermənistan münaqişəsi həll olunarsa, onlar üçün firavan həyatı təmin etməyi vəd edir.
“Biz Dağlıq Qarabağ regionunda yaşayan erməniləri öz vətəndaşlarımız olaraq qəbul edirik və onların yaxşı şəraitdə yaşamasını istəyirik”, - deyə xarici işlər naziri Elmar Məmmədyarovun Milli Məclisin mətbu orqanı olan “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində bildirilir.
Nazirin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması bunun üçün başlıca maneədir.
“Ermənistan anlamalıdır ki, onun xilası münaqişənin tez bir zamanda həllindən və qonşu dövlətlərlə, xüsusilə də Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır”,- deyə o qeyd edib.
“Ermənistan anlamalıdır ki, onun xilası münaqişənin tez bir zamanda həllindən və qonşu dövlətlərlə, xüsusilə də Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır”, - deyən nazir əlavə edib ki, Qarabağ münaqişəsinin nizamlanmasında Bakı konstruktiv və praqmatik yanaşma nümayiş etdirir.
“Təəssüflər olsun ki, düşmənçilik strategiyasını seçmiş erməni lobbisi bu gün də ölkəmizə qarşı çirkin addımlar və destruktiv tendensiya nümayiş etdirməkdən çəkinmir”, - deyə XİN başçısı bildirib. O, münaqişənin həllində erməni lobbisinin mənfi rol oynadığını vurğulayıb.
“Azərbaycana qarşı açıq təcavüz, etnik təmizləmə və müharibə cinayətləri törədən və bunun müqabilində beynəlxalq ictimaiyyət tərəfindən "cəzasızlıq" ilə üzləşən Ermənistan elə zənn edirdi ki, bu yolla torpaqlarımızın işğalının davam etdirilməsinə və sonra digər Azərbaycan torpaqlarına iddia üçün yeni fürsətlər əldə edəcək. Amma Azərbaycanın yürütdüyü qətiyyətli, müstəqil xarici siyasət və münaqişə tərəfi kimi Ermənistanın məsuliyyətinin müəyyən edilməsi istiqamətində gördüyü tədbirlər nəticəsində işğalçı dövlət nəinki bu xülyadan məhrum olmuş, hətta "müstəqil dövlət" kimi təqdim etməyə çalışdığı qondarma rejimi tanımaq iqtidarını belə itirib. Erməni liderləri ötən 20 ildən sonra mifik ideologiya əsasında formalaşdırılmış strategiya ilə erməni xalqını yəqin ki fəlakətə apardıqlarının fərqindədirlər!”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, ötən vaxt ərzində regionda strateji müvazinət müqayisəyə gəlməyəcək şəkildə Azərbaycanın xeyrinə dəyişib. Nəticə etibarilə Azərbaycana qarşı təcavüzkar siyasət yürüdən Ermənistan strateji baxımdan məğlub olub və zaman keçdikcə də bu strateji məğlubiyyətin daha acı fəsadları qabarıq şəkildə özünü göstərəcək.
E.Məmmədyarov deyib ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların gedişində Ermənistanın davamlı olaraq qeyri-konstruktiv mövqe tutması, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə əməl etməkdən boyun qaçırması və buna paralel olaraq regionda vəziyyəti gərginləşdirməyə xidmət edən təxribatçı addımlar atmaqdan və işğal edilmiş ərazilərimizdə qanunsuz fəaliyyət göstərməkdən çəkinməməsi danışıqların uğurla nəticələnməsinə mane olur.
“ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqların hələ konkret nəticə verməməsinə baxmayaraq, dünya birliyində artıq yekdil bir fikir formalaşmışdır ki, münaqişənin həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin və qaçqınların öz doğma yurd-yuvalarına qayıtması ilə başlanmalı, bunun ardınca münaqişə tərəfləri arasında əməkdaşlıq, etimad mühitinin formalaşmasına xidmət edən qarşılıqlı addımlarla işğalın ağır nəticələri aradan qaldırılmalıdır”,- deyə nazir qeyd edib. O bildirib ki, keçən illər ərzində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qərar və qətnamələr, o cümlədən Qoşulmama hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının son Qahirə sammitinin sənədləri artıq münaqişənin həlli çərçivəsini, hüquqi bazasını və onun əsas elementlərini müəyyənləşdirib və Minsk Qrupu bunu nəzərə almalıdır.
“Beynəlxalq ictimaiyyətin əsaslandığı bu sənədlər ATƏT-in Minsk Qrupunun daha nəticəyönümlü fəaliyyəti üçün əsasdır. Yalnız bu addımlar nəticəsində Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birgə yaşayış və əməkdaşlıq mühiti formalaşdırıla bilər. Təəssüflər olsun ki, rəsmi Yerevanın hər iki icmanın nümayəndələrinin görüşlərinin keçirilməsinə mane olması icmalararası etimad mühitinin yaradılmasına və bütövlükdə münaqişənin həllinə mənfi təsir göstərir”, - deyən nazir əlavə edib ki, “Azərbaycanın mövqeyi aydındır: biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bütün regionun inkişafında maraqlıyıq. Azərbaycan öz yüksək iqtisadi potensialını bütün regionun inkişafına yönəltməyə hazırdır. Təcavüzkar dövlətin öz silahlı qüvvələrini işğal olunmuş ərazilərdən çıxarması Ermənistanın özünün Azərbaycanın geniş iqtisadi potensialından yararlanmasına və eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ regionu üçün də real inkişaf proqramının ortaya qoyulmasına, o cümlədən real investisiyaların cəlb edilməsinə şərait yarada bilər”.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət