1 iyul 2013-cü il tarixinə olan vəziyyətə görə, Azərbaycan vətəndaşları Azərbaycan SSR Əmanət Bankında qalmış əmanətlər üzrə 597 mln. manat məbləğində kompensasiya alıblar. Bu barədə maliyyə naziri Samir Şərifov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində məlumat verib.
Xəbər verildiyi kimi, 2012-ci il iyunun 1-dən kompensasiyaların ödənilməsinə başlanılıb.
“2013-cü ilin iyul ayının 1-nə olan vəziyyətə görə, ölkə vətəndaşları Azərbaycan SSR Əmanət Bankında qalmış əmanətlər üzrə 597 mln. manat məbləğində kompensasiya alıblar. Bütövlükdə, 1 milyon 619 min 938 əmanət hesabı üzrə fərdi birdəfəlik ödəmələr həyata keçirilib”, - deyə S.Şərifov bildirib.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev 2012-ci ilin mart ayında 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, fərdi birdəfəlik ödəmələr 1992-ci il 1 yanvar tarixinə əmanətləri olan əmanətçilərə veriləcək.
Birdəfəlik ödəmə əmanət qalığının məbləğindən asılı olaraq aşağıdakı qaydada hesablanacaq: əmanət 2 min rubla qədər olduqda (0,04 manat) əmanət qalığının hər bir qəpiyi üçün 75 manat, 2 mindən 5 min rubla qədər olduqda (0,04 manatdan 0,1 manata qədər) - 300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat, 5 mindən 10 min rubla qədər olduqda (1 manatdan 0,2 manata qədər) - 600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat, 10 min rubldan yuxarı olduqda (0,2 manatdan) – 1 min manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat veriləcək.
Vəsaitlərin verilməsi prosesi 19 ay ərzində həyata keçiriləcək. Vətəndaşların ərizələri 2012-ci il dekabrın 31-dən qəbul edilir, vəsaitlərin verilməsi isə 2013-cü il dekabrın 31-nə qədər başa çatacaq.
İnventarizasiya zamanı SSRİ Əmanət Bankında 2,4 mln. hesabın olduğu müəyyən edilib. Əmanətlərin qaytarılması üçün 1 mlrd. manata yaxın vəsait lazım olacaq.
Birdəfəlik ödəmələr “Kapital Bank”ın filialları vasitəsilə verilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət