Əgər İrəvan beynəlxalq hüquq normalarına riayət edərsə, Azərbaycan Ermənistana kömək etməyə hazırdır. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində keçirilən Xəzər Forumunda bəyan edib.
“Lider” telekanalının məlumatına görə, E.Məmmədyarov vurğulayıb ki, işğal olunmuş Azərbaycan əraziləri azad edildikdən sonra Ermənistan regional layihələrə qoşula biləcək.
“Cənub qaz dəhlizi” Avropa üçün yeni mənbədir. Əgər layihə 2019-cu ildə başa çatarsa, o zaman növbəti on il ərzində Azərbaycan bundan böyük mənfəət əldə edəcək”, - deyə E.Məmmədyarov qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir vurğulayıb ki, bu, dondurulmuş münaqişə deyil, “Cənub qaz dəhlizi” layihəsinin başa çatmasına əngəl törədən problemdir.
“Azərbaycan əraziləri burada etnik təmizləmə siyasəti yürüdən Ermənistan tərəfindən işğal olunub. Lakin mənim sonrakı davamlı inkişafla bağlı müsbət fikirlərim var. Söhbət yanız neft və qazdan deyil, ümumilikdə regionun inkişafından gedir. Bu, erməni qonşularımıza ismarıcdır. Rəsmi Bakı Ermənistana kömək etməyə hazırdır, lakin bunun üçün İrəvanın beynəlxalq hüquq normalarına riayət etməsi zəruridir. Bundan sonra isə onlar bizim layihələrə qoşula biləcəklər”, - deyə XİN başçısı bildirib.
Onun sözlərinə görə, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyənin suverenliyi və müstəqilliyinin güclənməsinə kömək edəcək.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət