Bu gün Azərbaycana qarşı şəbəkə müharibəsi aparılır. Bu barədə Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Bakıda ASAN Könüllüləri Gənclər Təşkilatının I qurultayında çıxışında bəyan edib.
“Bu müharibənin sxemi belədir: milli dövlət, onun lideri, siyasi elitası hədəf götürülür, xalq, onun əsrlərlə yaratdığı, yaşadığı milli dəyərlərin dəyərsizləşdirilməsinə cəhdlər edilir, müstəqilliyimizi, suverenliyimizi zəiflətməyə, siz gəncləri öz məkrli niyyətlərində alət etməyə hesablanan niyyətlər üçün fürsətlər axtarılır”, - deyə E.Aslanov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycana qarşı yönələn siyasəti aşağıdakı kimi qruplaşdırmaq olar.
“Birincisi, ikili standartlar. Çox vaxt görürük ki, Azərbaycana qarşı ikili standartlar tətbiq edilir. Bunu ölkə həyatında əlamətdar, tarixi hadisələr olan dövrlərdə daha intensiv hiss etmək olur. İkincisi, Azərbaycana qarşı formalaşdırılan stereotiplər - burada da yenə erməni lobbisinin böyük rolu duyulur, Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır, dezinformasiya yolu ilə yanlış rəylər formalaşdırılır. Üçüncüsü, Azərbaycanın müstəqil siyasətinin bəzi qüvvələr tərəfindən bəyənilməməsi, həzm edilməməsi - Azərbaycanı özlərindən asılı vəziyyətə salmaq istəyənlərin hər dəfə uğursuzluğa düçar olması onları bəzən az qala qisas almağa sövq edir”, - deyə E.Aslanov qeyd edib.
Şöbə müdiri vurğulayıb ki, bütün bunların qarşısında güclü vətəndaş amili, dövlət-vətəndaş birliyi ən böyük səddir.
“Çünki Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, ona xidmət dayanır. Azərbaycan dövlətinin və xalqının milli maraqları hər şeydən üstün tutulur. Gənclər də milli maraqların müdafiəsi üçün hər cür fədakarlığa getməyə hazır olmalıdır, Vətənin müstəqilliyi hər şeydən üstündür”, - deyə E.Aslanov bildirib.
O qeyd edib ki, bu gün Azərbaycan regionda sabitlik və təhlükəsizlik məkanıdır.
“Lakin təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalçılıq, terrorçuluq siyasəti bütün bölgəni, Avropa məkanını ciddi təhdid altında saxlayır. Biz bu işğalla barışmırıq. Təcavüzkar siyasət yürüdən Ermənistanın təkcə Azərbaycan və Türkiyə tərəfindən deyil, digər ölkələr, beynəlxalq və regional təşkilatlar tərəfindən də cəzalandırılmasını istəyirik.”, - deyə PA rəsmisi vurğulayıb.
E.Aslanovun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən bir neçə saat içərisində icra olunduğu halda, 20 ildir ki, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı qətnamələr kağız üzərində qalır və icra edilmir.
“Azərbaycan ədalətin bərpa olunması üçün bütün mümkün olanları edir və edəcək. Ən böyük güzəştimiz bu illər ərzində aparılan danışıqlardır. Ərazi bütövlüyümüzün bərpa olunması üçün digər yollar heç vaxt istisna edilməyib, bu, bizim suveren hüququmuzdur və bu hüququ özümüzdə saxlayırıq. Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Ancaq bunun üçün Ermənistan danışıqları pozmamalı, konstruktivlik nümayiş etdirməlidir. Yalnız belə olan halda sülh sazişi üzərində işə başlamaq mümkün olacaq”, - deyə o bildirib.
Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, artıq bu gündən post-konflikt dövrünə hazırlaşmaq lazımdır.
“Gec-tez münaqişə həllini tapacaq, başqa cür ola da bilməz. Getdikcə güclənən Azərbaycanın qarşısında Ermənistan, onun arxalandığı qüvvələr uzun müddət dayana bilməyəcək. Bu gün artıq bu reallıqdır ki, Ermənistan sürətlə boşalır. Biz bölgədə dearmenizasiya prosesinə şahidlik edirik. Ermənilər yoxsulluqdan Cənubi Qafqazı tərk edirlər, başqa ölkələrə qaçırlar. İşğalçı Ermənistanın bu ağır duruma düşməsinin səbəbkarı Azərbaycandır, bunu gizlətmirik, İrəvanın təcavüzkar siyasəti davam etdikcə, bu proses dayanmayacaq”, - deyə E.Aslanov bəyan edib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət