Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü ildə birrəqəmli inflyasiyanı aşağı səviyyədə proqnozlaşdırır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2014-cü ildə pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri haqqında bəyanatında deyilir.
“2014-cü ildə birrəqəmli inflyasiyasının aşağı səviyyədə olması qarşıya məqsəd qoyulub. Bu məqsədə çatmaq üçün AMB pul siyasəti vasitəsi ilə hökumətə lazımi dəstək göstərməyi planlaşdırır”,- deyə bəyanatda bildirilir.
AMB-nin qiymətləndirmələrinə görə, 2014-cü ildə dövlət tərəfindən tənzimlənən tarif qiymətləri, dünya bazarlarında qiymətlərin dinamikası tərəfdaş ölkələrdə qiymətlər və valyuta məzənnəsi inflyasiyanın səviyyəsinə əsas təsir göstərən amillər olacaq.
Bununla yanaşı, AMB gələcəkdə inflyasiyanı daha çevik idarə etməyə imkan verən pul siyasəti rejimini tətbiq etməyi planlaşdırır. Xüsusilə ortamüddətli perspektivdə AMB çevik valyuta mübadiləsi rejiminə keçmək üçün tədbirləri davam etdirəcək.
“Bu rejimin tətbiq edilməsi pul kütləsi və faiz dərəcələri üzərində daha effektiv monetar nəzarəti təmin etməyə imkan verəcək. Bu rejimə keçmək üçün maliyyə dərinliyinin artması, zəruri struktur və makroiqtisadi amillərin formalaşması lazımdır”,- deyə sənəddə vurğulanır.
2014-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlarının hesab profisiti ÜDM-in təxminən 15%-i səviyyəsində proqnozlaşdırılır.
Məlumatda qeyd edilir ki, AMB maliyyə sabitliyinin təmin edilməsi üçün gələn il bank sektorunun maliyyə dayanıqlılığının, aktivlərin artımı və dayanıqlılıq arasında optimal balansın təmin edilməsi siyasətini yürüdəcək, istehlak kreditləri üzrə bank portfelinin artım riskinin təhlilinə xüsusi diqqət ayrılacaq.
Bundan başqa, 2014-cü ildə bankların kapitallaşma səviyyəsinin, kapitalın keyfiyyətinin artırılması, kredit portfelinə nəzarətin güclənməsi AMB-nin diqqət mərkəzində olacaq. Xüsusilə kredit portfelinin keyfiyyətinə nəzarət çərçivəsində AMB banklarda “borcun gəlirə nisbəti” əmsalını tətbiq etməyi və bu əmsalın maksimal həddini təyin etməyi planlaşdırır. Bundan başqa, banklar tərəfindən “məsuliyyətli kreditləşmə” sistemi tətbiq olunacaq.
Maliyyə xidmətlərindən istifadənin genişləndirilməsi üçün AMB 2014-cü ildə yeni fəaliyyət proqramının həyata keçirilməsini planlaşdırır. Gələn il daha bir strateji istiqamət nağdsız ödənişlərin genişləndirilməsi olacaq.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2014-cü ildə orta illik inflyasiyanı 3,5% səviyyəsində proqnozlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət