2014-cü il yanvarın 1-nə Azərbaycan banklarında əhalinin əmanətləri 6 mlrd. 395,8 mln. manat təşkil edir, bu isə 2013-cü ilin əvvəlinə olan göstəricidən 25,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2013-cü ildə əhalinin milli valyutada əmanətlərinin daha böyuk templərlə artımı müşahidə edilib. Xüsusilə hesabat ili ərzində onların həcmi 31,2% - 3 mlrd. 888,3 mln. manata qədər artıb (bütün əmanətlərin 60,8%-i).
2013-ci il ərzində əhalinin xarici valyutada əmanətlərinin həcmi 16,6% - 2 mlrd. 507,5 mln. manata qədər artıb (bütün əmanətlərin 39,2%-i).
AMB-nin məlumatına görə, 2014-cü il yanvar ayının 1-nə rezidentlərin bank əmanətlərinin həcmi 5 mlrd. 620,3 mln. manat, qeyri-rezidentlərin isə 775,5 mln. manat təşkil edir. Bununla yanaşı, ötən il rezidentlərin əmanətləri 24,2%, qeyri-rezidentlərin əmanətləri 31,8% artıb.
2014-cü il yanvarın 1-nə banklarda əmanətlərin və depozitlərin həcmi 12 mlrd. 475,8 mln. manat təşkil edir, bu isə 2013-cü ilin əvvəlinə olan göstəricidən 16,6% çoxdur.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət