2013-cü ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ilkin qiymətləndirməyə görə $10 mlrd.-ı ötüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Bazar ertəsi AMB-nin İdarə Heyətinin 2013-cü ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.
Məlumata görə, 2014-cü ilin əvvəlinə Azərbaycanın strateji valyuta ehtiyatları $50 mlrd.-ı ötüb və ehtiyatların həcmi ÜDM-in 70%-nə ekvivalentdir.
2013-cü ildə Mərkəzi Bank ödəniş infrastrukturunun inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Elektron ödənişlərin həcmi ÜDM-in 2 mislini ötüb.
AMB İdarə Heyətinin sədri Elman Rüstəmov 2013-cü ilin yekunlarını müsbət qiymətləndirib. Bununla yanaşı, o, 2014-cü ildə bankın qarşısında duran məsələlərə də toxunub.
Onun sözlərinə görə, inflyasiyanı təkrəqəmli səviyyədə saxlamaq üçün AMB lazımi tədbirlər görəcək.
“Mərkəzi Bank 2014-cü ildə pul siyasətini iqtisadi artım və qiymət sabitliyi arasında effektiv şəkildə tarazlaşdırmağa çalışacaq, habelə maliyyə sektorunun hərarətini tənzimləyəcək. Nağdsız ödənişlərin miqyasının genişləndirilməsi, ipoteka mexanizminin inkişafı AMB-nin fəaliyyətinin mühüm prioritetlərindən olacaq. Regionlarda elektron bank xidmətlərinə çıxış imkanlarının daha da artırılması təşviq olunacaq, innovativ ödəniş alətlərindən istifadənin kütləvi hal alması, nağdsız və elektron hesablaşmaların həcminin artması üçün stimullaşdırma tədbirləri davam etdiriləcək. Elektron ödəniş xidmətləri sahəsində qanunvericilik bazasının formalaşdırılması işlərinə başlanacaq”,- deyə E.Rüstəmov bildirib.
O, 2011-2014-cü illər üçün Strateji Plan üzrə çoxsaylı layihələrin və işlərin uğurla yekunlaşması üçün bütün resurslardan səmərəli istifadə edilməsini, eyni zamanda yeni streji dövr üçün əsas prioritetlərin müəyyən olunmasını xüsusi qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət