Milli Məclisin deputatı Qənirə Paşayeva cəbhə bölgəsində dinc azərbaycanlıların Ermənistan tərəfindən atəşə tutulması və Suriyadan olan erməni qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması faktlarına laqeyd olmaları ilə əlaqədar beynəlxalq təşkilatları kəskin tənqid edib.
“Son zamanlar Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində cəbhə bölgəsində yaşayan bir neçə mülki vətəndaşımız yaralanıb. Buna baxmayaraq, beynəlxalq təşkilatlar bu yolverilməz hadisələrə heç bir reaksiya vermədən susurlar”, - deyə Q.Paşayeva cümə günü Milli Məclisin plenar iclasında vurğulayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclas zalından məlumat verib.
Deputatın sözlərinə görə, bu yaxınlarda cəbhə bölgəsində yerləşən Tovuz rayonuna üçgünlük səfər zamanı yerli sakinlərlə görüşdə ona Ermənistan tərəfindən atəşkəs rejiminin tez-tez pozulması və mülki şəxslərin evlərinin atəşə tutulması barədə məlumat verilib.
“Mən Tovuz rayonunda olduğum üç gün ərzində erməni hərbçilərin dinc azərbaycanlıları atəşə tutmaları barədə daha çox öyrəndim. Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın mülki şəxslərinin yaralanması ilə bağlı hadisələr məlumdur. Düzdür, bizim hərbçilərimiz bu cür təxribatların qarşısını alaraq, erməni tərəfinə layiqincə cavab verirlər. Lakin erməni snayperləri dinc azərbaycanlıları nişan almaqda və onların evlərini atəşə tutmaqda davam edirlər”, - deyə Q.Paşayeva vurğulayıb.
Parlament üzvü beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin bu cür faktlara heç bir reaksiya verməməsindən narahatlıq ifadə edib.
“Müxtəlif məsələlərə dair tez-tez bəyanatlarla çıxış edən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və BMT-nin Bakı ofisləri öz evlərində olan dinc azərbaycanlıların Ermənistan tərəfinin açdığı atəş nəticəsində yaralandıqları hallarda susurlar, bu isə bizi çox narahat edir”, - deyə Q.Paşayeva qeyd edib.
Onun sözlərinə görə, nə ATƏT, nə BMT, nə digər beynəlxalq təşkilatların mərkəzi qərargahları, nə də onların Azərbaycandakı nümayəndəlikləri Ermənistan tərəfindən atəşə və təhlükəyə məruz qalan Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasına qiymət vermirlər.
“Biz çox təəssüf edirik ki, beynəlxalq təşkilatların Bakıdakı ofislərinin nümayəndələri Ermənistan tərəfindən açılan atəş nəticəsində yaralanan dinc Azərbaycan vətəndaşlarına bir dəfə də olsun baş çəkməyiblər və onların hüquqlarının müdafiəsi istiqamətində heç bir addım atmayıblar”, - deyə parlament üzvü bildirib.
O, həmçinin Suriyadan olan erməni qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşması məsələsinə toxunub.
“Ermənistan əhalisinin ölkəni tərk etdiyi bir vaxtda İrəvan Suriyadan olan erməni qaçqınları Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırır. Bu, beynəlxalq hüquq və sazişlərə ziddir, lakin beynəlxalq təşkilatlar buna heç bir reaksiya vermir. Beynəlxalq birliyin bu hərəkətsizliyi Ermənistanın bu cür addımları davam etdirməsinə şərait yaradır”, - deyə Q.Paşayeva qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət