Çin şirkətləri informasiya-kommunikasiya texnologiyaları sektoruna investsiya yatırmaqda maraqlıdır.
Bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyui rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ilə görüşü zamanı bəyan edib.
Çin diplomatı iqtisadiyyatın sürətli inkişafı ilə bağlı Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirib. O bildirib ki, ölkəmizin İKT sahəsində qazandığı nailiyyətləri yaxından izləyir.
Cin şirkətlərinin bu sahədə Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını qeyd edən səfir xüsusən “Huawei”, “ZTE” şirkətlərinin fəallığını artırdıqlarını bildirib. “Çin Telekom” (Chinatelecom) şirkətinin “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin əsas telekom operatorlarından biri olduğu qeyd olunub.
Xun Tsyui həmçinin vurğulayıb ki, Çin Azərbaycanın peyk sənayesinin inkişafına da töhfə vermək niyyətindədir və qeyd edib ki, “növbəti peyk layihələri üzrə elan edilən tender layihələrində Çin şirkətləri fəal iştirak edəcək”.
Ə.Abbasov öz növbəsində diplomata Azərbaycanda aparılan çoxşaxəli islahatlardan, İKT sahəsində əldə edilən müvəffəqiyyətlər, yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsinə yönələn genişmiqyaslı tədbirlər barədə məlumat verib.
“Nazir ölkədə innovativ, iqtisadi inkişaf modelinə diqqətin artırıldığını, xarici investisiyaların cəlbi üçün geniş imkanların, əlverişli biznes mühitinin yaradıldığını bildirərək Çinin İKT şirkətlərinin Azərbaycan bazarında fəaliyyətinin genişləndirilməsindən danışıb”, - deyə məlumatda vurğulanır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət