Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.2014-04-28 16:46:00
Prezident II Qlobal Açıq Cəmiyyətlər Forumunun təşkilinə verdiyi dəstəyə görə İ.Serageldinə təşəkkürünü bildirib. Forumun artıq beynəlxalq təsisata çevrilməkdə olduğunu vurğulayan prezident tədbirin bundan sonra da uğurla fəaliyyət göstərəcəyinə ümidvar olduğunu deyib.
II Qlobal Açıq Cəmiyyətlər Forumunun yüksək səviyyədə təşkilinə görə İ.Əliyevə minnətdarlığını bildirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri forumun qısa vaxt ərzində dünyada tanınmasının önəmini qeyd edib.
Həmin gün Azərbaycan prezidenti Belçika Krallığının keçmiş baş naziri İv Letermi də qəbul edib. İ.Leterm II Qlobal Açıq Cəmiyyətlər Forumunun yüksək səviyyədə təşkil olunduğunu və səmərəli müzakirələr aparıldığını məmnunluqla qeyd edib. O, sürətli iqtisadi inkişafa görə Azərbaycanın nümunəvi bir ölkə olduğunu vurğulayıb.
Azərbaycanda son illər bir sıra mühüm beynəlxalq tədbirlərin davamlı olaraq keçirildiyini bildirən İ.Əliyev II Qlobal Açıq Cəmiyyətlər Forumunun da ənənəvi xarakter alacağına ümidvar olduğunu söyləyib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət