Azərbaycan öz siyasətində prioritet olaraq Avropaya inteqrasiyanı əsas götürüb, lakin Brüssel Qarabağ problemi ilə bağlı birmənalı mövqe bildirməməkdə davam edir. Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı bildirib.
“15 ildir Avropa Birliyi bizim ərazi bütövlüyümüzü tanıyıb, amma son vaxtlar bunu qəbul eləmək istəmir. İndi biz bunu necə başa düşək? Belə məsələlər bizi çox düşündürür”, - deyə o vurğulayıb.
“Hesab edirəm ki, bu gün ölkə daxilində demokratik institutların inkişaf etdirilməsi ilə yanaşı, beynəlxalq səviyyədə ədalət prinsiplərinin həm də əməldə tətbiq olunması bizim üçün çox vacibdir”,- deyə o qeyd edib.
N.Məmmədovun sözlərinə görə, bu gün dünyada qaynar nöqtələrin sayı həddən artıq artıb. Ancaq indiyədək bu münaqişələrin həllində uğurlu nəticə əldə olunmayıb.
“Azərbaycan artıq 25 ildir ki, müharibə şəraitində yaşayır. Gəlin özümüzə belə bir sual verək: Əgər bu 3 Cənubi Qafqaz ölkəsi müstəqillik əldə etdikdən sonra birlikdə, bir istiqamətdə inkişaf yolu seçsəydi, səylərini birləşdirsəydi, nəticə necə ola bilərdi? Amma çox təəssüf ki, Qərb dövlətləri bu istiqamətdə heç bir səy göstərmədilər. Münaqişə elə olduğu kimi qalır və davam edir. Bu günə qədər də münaqişəni dayandırmaq cəhdi olmayıb. Münaqişənin həll olunmaması Azərbaycan üçün böyük problemlər yaradır”, - deyə N.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycan böyük inkişaf yolu keçib.
“Bizim Qərb və Avropa ilə energetika, terrorizmlə mübarizə, demokratiya və insan hüquqlarının inkişaf etdirilməsi sahələrində hərtərəfli, sıx əməkdaşlığımız var. Biz həm Avropa təşkilatları, həm də Avropa ölkələri ilə yaxşı ikitərəfli əməkdaşlığa malikik”, - deyə N.Məmmədov əlavə edib. O, Azərbaycanın dünyanın digər aparıcı qüvvələri ilə də əməkdaşlığının olduğunu söyləyib.
“Biz yalnız bir məsələni, Dağlıq Qarabağ münaqişəsini həll edə bilmirik, Əgər AB tərəfindən bizə bu istiqamətdə hər hansı güzəştlər olsaydı, yaxşı olardı. Lakin Avropa ilə əməkdaşlığımıza baxmayaraq, nə ATƏT-in Minsk Qrupu, nə də dünyanın iri mərkəzləri münaqişənin həlli üçün qəti mövqe göstərmədilər”, - deyə o bildirib.
“Qərb istəyirdi ki, biz Avropa Birliyi ilə assosiativ sazişə gedək, amma oradan bizim ərazi bütövlüyümüz məsələsini çıxardılar”,- deyə o qeyd edib.
“Necə ola bilər ki, Ukrayna böhranı ilə bağlı dünyanın iri dövlətlərinin başçıları hərəsi düz bir saat çıxış ediblər və onlardan biri də ABŞ prezidenti Barak Obama idi. O, beynəlxalq hüquq prinsiplərinin pozulmasının yolverilməz olduğunu və bu prinsiplərin qorunmasının vacibliyini dəfələrlə qeyd edib. Amma Azərbaycanla bağlı, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar onlardan heç biri heç olmasa “bu məsələ beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır” ifadəsini işlətmir. Nə üçün? Niyə axı belə kobud ikili yanaşma var?”,- deyə N.Məmmədov vurğulayıb.
“Biz gənc dövlət olaraq ilk gündən Avropa inkişaf yolunu seçmişik. Biz artıq düşünürük: yolumuzu düzmü seçmişik ki, belə ikili yanaşma ilə rastlaşırıq? Niyə biz bu məsələdə dəstək hiss etmirik? Niyə bizim problemimiz öz ədalətli həll yolunu tapmır? 20 ildir Minsk Qrupunun həmsədrləri gəlib gedirlər, amma heç nə həll olunmur, çünki Avropada heç kim konkret mövqe irəli sürmür. Ümid edirəm ki, bu, gələcəkdə baş verəcək”,- deyə Prezident Administrasiyasının şöbə müdiri qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət