Cümə günü Milli Məclisin növbəti plenar iclasında vətəndaşlıq almaq üçün xarici ölkələrin diplomatik strukturlarına müraciət edənlərin Azərbaycan vətəndaşlığından məhrum olunmasına dair təklif səslənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri parlamentin iclas zalından məlumat verir.
“Azərbaycanda ikili vətəndaşlıq prinsipi tətbiq olunmur. Bununla əlaqədar təklif edirəm ki, Azərbaycanın istənilən vətəndaşı digər dövlətin vətəndaşlığını almaq üçün müraciət etdiyi andan Azərbaycan vətəndaşlığından məhrum edilsin”, - deyə Milli Məclisin deputatı Fazil Mustafa postsovet məkanındakı respublikaların sakinlərinə RF vətəndaşlıq pasportlarının verilməsi ilə bağlı Rusiya tərəfindən yeni təcrübənin təbiqinə münasibət bildirərkən bəyan edib.
Onun sözlərinə görə, bu cür addımları gələcəkdə yarana biləcək prosesləri nəzərə alaraq atmaq zəruridir.
“Gələcəkdə baş verə biləcək bütün prosesləri nəzərə alaraq Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi və onlara qarşı hörmətsiz münasibətə yol verməmək nöqteyi-nəzərindən biz adekvat addımlar atmaq məcburiyyətindəyik”, - deyə F.Mustafa vurğulayıb.
“Azərbaycanda ikili vətəndaşlıq haqqında qanun yoxdur. Digər ölkələrə ikinci vətəndaşlıq almaq üçün müraciət edənlər Azərbaycan vətəndaşlığından məhrum olunacaqlar”, - deyə Milli Məclisin spikeri Oqtay Əsədov bəyan edib.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov vurğulayıb ki, Xarici İşlər Nazirliyi digər dövlətin vətəndaşlığını qəbul edərək bu ölkənin pasportunu daşımaq istəyən şəxsin həmin andan etibarən Azərbaycan vətəndaşlığından məhrum olunması barədə bəyanatla çıxış etməlidir.
“Hər bir vətəndaş bunun anlamalı və bu barədə xəbərdar olmalıdr. Ola bilər ki, kimsə xarici ölkələrdə ticarətlə məşğul olmaq istəsin və öz təhlükəsizliyi üçün bu addımı atsın. İnanmıram ki, kimsə könüllü şəkildə Azərbaycan pasportunu qoyub başqa ölkənin pasportunu üzərində daşısın. Əgər başqa məqsədlər üçün bunu həyata keçirirsə, o zaman həmin şəxs mütləq şəkildə Azərbaycan vətəndaşlığından uzaqlaşdırılmalıdır”, - deyə S.Novruzov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət