BMT Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların növbəti raundu keçiriləcək.
“Biz BMT Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə dair razılığa gəlmişik”, - deyə E.Məmmədyarov bazar ertəsi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu görüşün keçirilməsi barədə razılıq Uelsdə NATO-nun sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə prezidentlər İlham Əliyev və Serj Sarqsyan arasında danışıqlar zamanı əldə olunub.
“Deyə bilərəm ki, Amerika tərəfi konkret saziş layihəsi (sülh - İF-Az) üzərində tezliklə işə başlamaq niyyətini bildirərək konkret təklif irəli sürüb”, - deyə nazir qeyd edib.
XİN başçısı, həmçinin məlumat verib ki, bu ay ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin regiona səfəri baş tutacaq.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət